Vaqif Poeziya Günləri həm siyasi, həm də mədəni-tarixi əhəmiyyət daşıyır

 

 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində Bülbülün Ev-Muzeyinin bərpa işlərindən sonra açılışında iştirak etdilər. Prezidentə minnətdaram ki, bizə bu günləri yaşadır. Allah şəhidlərimizin ruhunu şad etsin, qazilərimizə də cansağlığı versin.

 

Bu sözləri Şuşada jurnalistlərə müsahibəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu söyləyib. O deyib: “Mən 7 aydır ki, Şuşaya gedib-gəlirəm, burada görülən bütün işlər göz qabağındadır. Hər dəfə bunlara diqqət yetirəndə, düşünürəm ki, bu, bir möcüzədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı böyük bir Qələbə çalıb və bu Qələbə başımızı ucaldıb. İstər “Xarıbülbül” Musiqi Festivalı, istərsə də Vaqif Poeziya Günlərinin keçirilməsi həm siyasi, həm də mədəni-tarixi əhəmiyyət daşıyır”.

 

 

Mədəniyyət.- 2021.- 1 sentyabr.- S.3.