Mədəniyyət paytaxtımız tarixi görkəminə yeni rənglər qatır

 

Xəbər verildiyi kimi, avqustun 29-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Şuşada bir sıra açılış və təməlqoyma mərasimləri keçirilib.

 

Əvvəlcə yenidənqurma işləri yekunlaşanQarabağhotelinin açılışı olub. 1980-ci ildə inşa edilən hotelin binası 1992-ci ilin mayında Şuşa şəhərinin işğalından sonra fəaliyyətini dayandırıb və baxımsızlıqdan tamamilə yararsız vəziyyətə düşüb.

 

2020-ci ilin noyabrında Azərbaycan Ordusunun şanlı Zəfəri ilə Şuşa şəhəri Ermənistanın işğalından azad edildikdən sonra Prezident İlham Əliyevin tapşırığına əsasən, hoteldə təmir-bərpa və yenidənqurma işlərinə başlanılmışdı. Müasir səviyyəyə çatdırılan hoteldə Şuşa şəhərinə səfər edəcək qonaqların rahatlığı üçün hər cür şərait yaradılıb.

 

Şuşada Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin yerləşəcəyi inzibati binada da bərpa işləri aparılır. Dövlət başçısı və birinci xanım Mehriban Əliyeva binada aparılan bərpa işləri ilə tanış olublar.

 

Qeyd edək ki, Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması üçün bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Şəhərin tarixi simasına yeni çalar qatacaq tikililərdən biri də “HotelKonfrans Mərkəzi” olacaq. Avqustun 29-da Prezident İlham Əliyev tərəfindən mərkəzin təməli qoyulub.

 

Qədim dövrdə şəhərlərə gələn qonaqların qalması, eləcə də davamlı gəlib-gedən tacirlərin gətirdikləri malları saxlamaq üçün karvansaralar tikilirdi. Karvansara konsepti əsas götürülərək Şuşanın mərkəzində, Zəfər yolunun üzərində yerləşəcək 5 ulduzluHotelKonfrans Mərkəzi” müasirmilli memarlıq üslublarının sintezi ilə dizayn edilib.

 

Mərkəz 2,8 hektar ərazini əhatə edəcək. Binanın xarici görünüşündə ornamental kompozisiyalarmilli memarlıq elementləri tətbiq ediləcək. Həmçinin fasadın üzlənməsində Şuşanın tarixi binalarının tikintisində işlənilən yerli daşdan istifadə olunacaq.

 

Bundan əlavə, mərkəzin eyvanları, şimal və cənub fasadları ənənəvi memarlıq quruluşunda, Şuşanın tarixi binalarının – XIX əsrə aid Zöhrabbəyovun evi, Üzeyir Hacıbəylinin Ev-Muzeyinin tikintisində istifadə olunmuş taxta tərkibli materiallardan hazırlanıb. Beş mərtəbədən və 150 nömrədən ibarət “HotelKonfrans Mərkəzi”ndə otaqlar, restoranlar, konfrans korpusları, daxili həyətlər olacaq.

 

Mədəniyyət.- 2021.- 1 sentyabr.- S.3.