Üzeyir Hacıbəylinin möhtəşəm musiqisi Almaniyanın məşhur festivalında səslənib

 

Bavariya orkestrini dirijor Əyyub Quliyev idarə edib

 

 

 

Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının baş dirijorumusiqi rəhbəri, Əməkdar artist Əyyub Quliyev Almaniyada Qut İmmlinq Opera Sənəti Festivalında iştirak edib.

 

Almaniyanın füsunkar bölgələrindən olan BavariyadaQut İmmlinq şəhərində keçirilən ənənəvi festival hər il müxtəlif ölkələrdən dəvət olunmuş tanınmış opera müğənniləri, dirijor və rejissorları bir araya gətirir.

 

Bu il 25-ci dəfə təşkil olunan və 25 iyun – 29 avqust tarixlərində gerçəkləşən festival yeni layihələri ilə diqqəti cəlb edib. Festivalda C.RossinininCenerentola” və C.PuççinininMadam Batterflay” operalarının yeni quruluşu təqdim olunub, V.A.Motsartın musiqisinə həsr olunmuşMozarts Eskapaden” gecəsi, “Tanqotrio”, “Celissimoinstrumental konsertləri, həmçinin festival çərçivəsində vokal ifaçılarının beynəlxalq müsabiqəsi keçirilib.

 

Musiqi bayramının son üç günü azərbaycanlı dirijor Əyyub Quliyevin idarəsi ilə Bavariya Festival Orkestrinin çıxışları ilə yadda qalıb. Beynəlxalq ifaçılardan ibarət xor və ABŞ, Litva, Danimarka, Rusiya, Çin və Qırğızıstandan dəvət olunmuş opera müğənnilərinin yer aldığı konsertlərdə C.PuççininTurandot”, “Bohema”, Q.DonisettininSevgi şərbəti”, C.VerdininMaqbet”, “Traviata” və “Luiza Miller”, A.Dvorjakın “Rusalka” və A.Tomanın “Hamlet” operalarından nümunələr səsləndirilib.

 

Konsertlərin əlamətdar hadisələrindən biri Bavariya Festival Orkestri tərəfindən dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra”nın səslənməsi olub. Almaniya, Avstriya, İtaliya, Rumıniya və Gürcüstandan tanınmış musiqiçilərdən ibarət orkestrin bu ifası alqışlarla qarşılanıb. Konsertdə azərbaycanlı dirijorla bərabər festivalın bədii rəhbəri Korneliya fon Kersenbrok və Gürcüstanın tanınmış xormeysterləri – Arçil UşveridzeMixail Edişeraşvilinin iştirakı isə gecənin dostluq simvoluna çevrilməsinə səbəb olub. Üç saata qədər davam edən konsertin sonunda dinləyicilərin marağı nəzərə alınaraq əlavə opera nümunələri də təqdim edilib.

 

 

Mədəniyyət.- 2021.- 3 sentyabr.- S.1.