Tanınmış aktrisa Tamilla Ağamirova vəfat edib

 

 

Azərbaycanın Əməkdar artisti, Rusiya Federasiyasının Xalq artisti Tamilla Ağamirova avqustun 31-də, 93 yaşında Moskvada vəfat edib. Bu barədə aktrisanın uzun illər çalışdığıRomenteatrından bildirilib.

 

Tamilla Mirsüca qızı Ağamirova 1928-ci il mayın 21-də Bakıda anadan olub. Bakı Teatr Məktəbini   Moskvada MXAT məktəb-studiyasını bitirib. 1952-ci ildənRomenMoskva Musiqili-Dram Teatrının aktrisası olub. Dünyada yeganə olan qaraçı teatrının səhnəsində bir çox parlaq obrazlar canlandırıb.

 

1957-ci ildə Qriqor Kozintsevun “Don Kixotfilmində rol aldıqdan sonra tanınmağa başlayır bir sıra filmlərdə baş rola dəvət edilir. Aktrisa, həmçinin  Azərbaycanfilm”də çəkilən ekran əsərlərində – “Onun böyük ürəyi” (1958, rejissor Əjdər İbrahimov) filmində Səmayə, “Əsl dost”da (1959, Tofiq Tağızadə) Bilqeyis, “Koroğlu”da (1960, Hüseyn Seyidzadə) Alagöz, “Matteo Falkone” (1960, Tofiq Tağızadə) filmində Cüzeppa, “Zəncirlənmiş adam”da (1964, Kamil Rüstəmbəyov) Fatma, “Yenilməz batalyon”da (1965, Hüseyn Seyidzadə) musiqi müəllimi kimi yaddaqalan obrazlar yaradıb.

 

Tamilla Ağamirovanın həyat yoldaşı SSRİ Xalq artisti, Nikolay Sliçenko olub. O, “Romen” teatrının bədii rəhbəri, qaraçı mahnı və romansların məşhur ifaçısı olub, bu ilin iyulunda vəfat edib.

 

Mədəniyyət.- 2021.- 3 sentyabr.- S.6.