Vətən fədailəri – örnək
ömürlər
Ağstafa Regional Mədəniyyət İdarəsi Qazax Dövlət Rəsm Qalereyasının dərnək üzvü Ruhin Xasməmmədov Vətən müharibəsinin şəhid giziri Turan Məmmədovun portretini çəkərək ailəsinə təqdim edib. Tovuz rayon Mədəniyyət Mərkəzində rayondan olan şəhid və qazilərin övladlarına “Tıq-tıq xanım” tamaşası göstərilib. Ağstafa Regional Mədəniyyət İdarəsinin dəstəyi, Tovuz rayon Mədəniyyət Mərkəzinin və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Tovuz rayon komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə mərkəzin aktyorlarının ifasında nümayiş olunan səhnəcik balaca tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Tovuz rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları rayonun Əsrik Cırdaxan kəndinin Vətən müharibəsi şəhidi Xəyal Şəkərovun doğum günündə qəhrəmanın adına tikilmiş bulaq kompleksinin açılışında iştirak ediblər.
Biləsuvar Regional Mədəniyyət İdarəsi Neftçala rayon MKS-nin Qardaşbəyli kənd kitabxana filialında “Şəhidlər ədalət carçısıdır” başlıqlı kitab sərgisi təşkil edilib.
Kürdəmir Regional Mədəniyyət İdarəsi Beyləqan rayon Heydər Əliyev Mərkəzində Vətən müharibəsinin şəhid baş leytenantı Mahir Dadaşzadənin doğum günü münasibətilə tədbir keçirilib. Tədbirdə regional idarənin rəisi Faiq Xudanlı, rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhidin ailə üzvləri, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Beyləqan Rayon İcra Hakimiyyəti, Kürdəmir Regional Mədəniyyət İdarəsi və “Könüllü Yardım Fondu”nun birgə təşkilatçılığı ilə Beyləqan rayon Mədəniyyət Mərkəzində qazi övladlarının iştirakı ilə tədbir təşkil edilib. Regional idarənin rəisi Faiq Xudanlı şəhid və qazilərimizin qürur yerimiz olduğunu vurğulayıb, onların övladlarının estetik zövqünün inkişafı üçün həyata keçirilən tədbirlərdən söhbət açıb.
Şəki Regional Mədəniyyət İdarəsi Şəkinin Çeşməli kəndində Vətən müharibəsi şəhidi Sakit İsmayılovun adına xatirə bulağının açılışı olub. Mərasimdə regional idarənin əməkdaşları, II Qarabağ müharibəsi iştirakçıları, qazilər, şəhidin ailə üzvləri və kənd sakinləri iştirak ediblər. Qax rayon C.Cabbarlı adına Mərkəzi Kitabxananın əməkdaşları Vətən müharibəsi zamanı düşmən tərəfindən atılan raket nəticəsində şəhid olan mülki vətəndaşların xatirəsini yad etmək məqsədilə Gəncə şəhərinə səfər ediblər.
Mədəniyyət.- 2021.- 3
sentyabr.- S.3.