Müasir kitab
yayımı təcrübəsi
Moskvada MDB ölkələrinin
iştirakı ilə dəyirmi masa
Sentyabrın 10-da Moskva Kitab Evində “Müasir kitab yayımı. Rusiyanın və MDB ölkələrinin
kitab ticarəti müəssisələrinin təcrübəsi”
mövzusunda dəyirmi
masa keçiriləcək.
Dəyirmi masa iştirakçıları
hazırkı dövrdə
kitab ticarətinin vəziyyəti ilə bağlı aktual məsələləri müzakirə
edəcəklər. Tədbirdə ölkəmizi Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva təmsil edəcək.
Müzakirələr başa çatandan sonra 2020-ci ilin yekunlarına əsasən
keçirilmiş müsabiqədə
qalib gəlmiş kitab ticarəti müəssisələri və
kitab mağazaları
MDB İcraiyyə Komitəsinin
fəxri fərmanları
ilə təltif ediləcək.
Mədəniyyət.- 2021.- 3 sentyabr.- S.2.