Papağı dik saxla, baş getsə belə...
Nizami sözündən
incilər
Nizami Gəncəvinin “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. “Xəmsə”yə daxil olan beş poema-məsnəvidə bütün zamanların ən humanist, ümumbəşəri idealları parlaq bədii əksini tapıb. “Nizami Gəncəvi İli” qüdrətli söz ustadının misilsiz xəzinə olan ədəbi irsinin təbliği, eyni zamanda tədqiq edilməsi və öyrənilməsi üçün yeni zəmindir.
“Nizami sözündən incilər”də dahi şairin möhtəşəm beşliyindən növbəti seçmələri təqdim edirik.
Çox iti zehinlər yatan oldular.
Axırda
saxsı qab satan oldular.
(“Yeddi gözəl”)
Sinənə taxmaq üçün
gövhər gətirsən
ələ,
Ondan da yaxşısını çalış
gətir əmələ.
(“Sirlər xəzinəsi”)
Dəvə uzaq düşsə,
ayrılsa qatar,
Bir siçan
da olar ona
cilovdar.
(“Xosrov və Şirin”)
Qanını çörəyinə yavanlıq elə,
Papağı dik saxla, baş
getsə belə.
(“Leyli və Məcnun”)
Xəzinə kəşf etmək
istəsən əgər,
Hər bir çətinliyə
tab et, sinə gər!
(“İsgəndərnamə” – “İqbalnamə”)
Mədəniyyət.- 2021.- 3 sentyabr.- S.7.