Şuşa yenidən öz tarixi günlərini yaşayır”

 

 

Bizim hər birimiz, ümumilikdə Türk dünyası üçün sevindiriciqürurverici haldır ki, Azərbaycanın ayrılmaz parçası olan Qarabağ, Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa yenidən öz tarixi günlərini yaşayır.

 

Bu sözləri 30-31 avqust tarixlərində Şuşada Vaqif Poeziya Günlərinin iştirakçısı olmuş Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva deyib.

 

“İllər sonra burada Azərbaycanın böyük sənətkarlarının, klassiklərimizin, müasir şairlərimizin şeirləri səsləndirilirsə, Azərbaycan muğamının səsi yayılırsa, “Qarabağ şikəstəsi” dinlənildikdə artıq ürək yanğısı deyil, fəxarət hissi keçirilirsə, bu o deməkdir ki, Şuşa yenidən öz nəfəsini alır, xoşbəxt günlərinə qayıdır.

 

Bizə bu Qələbəni bəxş edən, gözəl Qarabağımızı, Azərbaycan mədəniyyətinin incisi Şuşanı bizə qaytaran Ali Baş Komandana və qəhrəman hərbçilərimizə minnətdarıq. Əminəm ki, yenidən burada bir-birindən gözəl tədbirlər təşkil ediləcək, Qarabağ öz mədəni irsi ilə bir daha dünyanın incilərindən olacaq. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu da bu səpkidə bir çox layihələrini Azərbaycanın bu dilbər guşələrində keçirəcək”, – deyə G.Əfəndiyeva bildirib.

 

Mədəniyyət.- 2021.- 3 sentyabr.- S.5.