Yaşarı yaşadan

 

Nədir? Doğurdan da, görəsən, nədir illərdir aramızda olmayan, cismani yoxluğu ilə evlərimizdəki “dördbucaqda çoxdandı görünməyən adamı içimizdə, ürəyimizdə yaşadan? Təbii ki, sizin də, mənim də xeyli arqumentimiz, peşəkar-həvəskar rəy-cavabımız olacaq. Amma hamı bubaşqa formada bir fikrə eyham vuracaq: Yaşar səhnədə də, ekranda da, həyatda da Yaşar idi də, sadəcə Yaşar...

Tamada Surxayzadə, Gülnarın Elçini, Gülərin Həsənağası, “Ac həriflər”in Həsən dayısı, “Bəyin oğurlanması”nın İsrafili... xülasə, onun bütün qəhrəmanları cəm olub yaradıcılarının, onlara səhnə, ekran həyatı verən sənətkarınXalq artisti Yaşar Nurinin 70 yaşını qeyd edirlər. Hərəsinin də ağzından bir avaz çıxır. Qulaq verək, gülüşümüz təzələnsin, sonra keçək söhbətə...

 

 

“Sən söhbətini elə”

 

 

 

Sizi bilmirəm, mən buqeyd etmədiyim neçə-neçə sözünü, replikasını, xalq arasında dillər əzbəri olan obrazlı ifadələrini eşidəndə uğunub gedir, onun başdan-ayağa artist yaradılışına heyran qalıram. Adam xalqın dilində, dialektində elə ustalıqla manevrlər edib, elə keçidlər yaradırdı ki, tərəf-müqabili də istər-istəməz ona təslim olurdu. Özlüyümdə bunun sadə səbəbini də tapmışam: Yaşar Nuri qarşısındakı tamaşaçının görmək istədiyi tərzdə, amma özünü gördüyü, görünmək istədiyi kimi olurdu. Təsadüfi deyil ki, səhnəyə gəldiyi ilk vaxtlardankinoda, nə teatrda, nə də adi səhnəciklərdə istəmədiyi heç bir rolu oynamayıb, xoşlamadığı, yaşarlaşdıra bilmədiyi heç bir obrazı canlandırmayıb. Məhzi (Yaşar Nurinin qəhrəmanın ifadə və intonasiyasında) ona görə az qala yaratdığı bütün personajlarını xalq əzbər tanıyır.

Milyonlarla insan onun replikalarını yada salır, bu səhnə, sənət, kino nümunələrini öz söz, göz yaddaşında yaşadır. Deməli, Yaşar Nuri başda olmaqla o nümunələrdə adı keçən yüzlərlə insan da yaşayır.

 

 

Bütün rayon bilir ki, biz dərdimizdən içirik...”

 

 

Bu gün onunbu dünyadan əbədi yaşamaq haqqı ilə gəlib keçmiş sənətkarın ad günü, 70 illik yubileyidir. Sağlığında sağlığına neçə dəfələrlə badələr qaldırılıb, sağlıqlar deyilibçox yəqin ki, hamısında da eyni məhəbbət və təbəssümlə xatırlanıb.

Tez-tez “Məndən nə şah olar, nə də ki vəzir. Gəlsəm də, şah özü peşiman olardeyirdi səhnənin şahı, peşəsinin sultanı, mübaliğəsiz ağası Yaşar Nuri.

 

Bunun da səbəbi sadə idi. O, milli koloritini, özünəxas keyfiyyətləri həyatdan səhnəyə, ekrana, kinokameraya daşıya bilmişdi. O, məharətlə yaratdığı  lirik, dramatik, komik, psixoloji rolların hamısında həm özü idi...

Yaşar Nuri o müqtədir aktyorlardan idi ki, ən xırda, ən ani rolunda, ifadəsində böyük sənətkarlığını, tamaşaçını ovsunlamaq gücünü ortaya qoya bilirdi. Bu qədər sehri, gücü nədən, haradan almışdı? Bir aktyor tamaşaçısını, onunla üz-üzə dayanan izləyicisini, fərq etməz, efir, kinokamera, səhnənecə belə asanlıqla, müqavimətsiz ram edə bilirdi?...

Aktyor kimi janr amplua çərçivəsini darmadağın etmişdi, “rejissor aktyoru”, “obrazlar ustası”, “müsbət qəhrəman”, “mənfi rolları da sevdirmək bacarığına sahib” kimi heç bir aktyor analizinə sığmırdı. Heç bir təhlilində onu qütbləşdirə, ümumi ifadələrlə analiz edə bilmirsən. Bunu isə hər aktyor bacarmır.

O, səhnə ilə həyat arasındakı fərqi, o səddi çoxdan keçmişdi. Səmimi çox zəhmətkeş, məsuliyyətli ən əsası, hər yerdə arzu olunan, hər zaman izləyicinin gözünün axtardığı aktyor idi. Bunu isə ən yaxşı özü bilirdi buna görə sənətin şöhrətindən, tamaşaçının aşıb-daşan sevgisindən xumarlanmır, uğurunda ilişib qalmırdı, daim zəhməti, istedadı sayəsində tamaşaçı sevgisinin, ona olan məhəbbətin əbəs olmadığını isbat edirdi. Özünə , tamaşaçısına da, tərəf-müqabillərinə . Odur ki, kinoda da, teatrda da, televiziyada da onunla işləmək, onunla səhnəni bölüşmək aktyorların xoşuna gəlir, rejissorların işinə yarayırdı. Kim belə ənginlikdən bəhrələnməz ki?...

 

Fatı, qalx, “sroçnumənim məclisimi tərk elə

 

 

Yaşar Nuri improvizə ustası idi. Teatr mühitində yetişməsi, aktyor ailəsində dünyaya gəlməsi, uşaqlıqdan efir-ekran estetikasında formalaşması, təbii ki, bu işdə öz sözünü deyirdi. O, klassik teatrın, ənənəvi quruluş oyun formasının içinə, yaxşı mənada, bir civə kimi düşdü, sunami effekti yaratdı beləcə özünəxas oyun üslubu gətirdi rejissorları da bu formada tətbiqə sövq etdi. Özü hər hansı diktə, tələb ilə yox, praktiki göstərməklə. Yaşar Nuri rejissorların traktovkasına əl gəzdirməyə ixtiyarı çatan az sayda aktyorlardan idi. Bu isə heç bir rejissorun xətrinə dəymirdi. Çünki onlar Yaşarın səhnədə yaradacağını, tamaşaçısına yaşadacağını yaxşı bilirdilər.

 

Onun iştirakı ilə istənilən tamaşa, film, televiziya tamaşası hər kəsi cəlb edə, fərqli yaş zövqlərdə insanları birləşdirə bilirdi. Televiziyada, kinoda çəkiləndə yoruluram. Amma səhnədə heç vaxt yorulmuram. Daha doğrusu, bu yorğunluqdan ləzzət alıramdeyən aktyor dönə-dönə teatra olan sevgisini bəyan edirdi.

 

 

 

Əşi, bu yazannarın əlindən göz açmaq olur ki...”

 

 

 

Teatr aktyoru Məmmədsadıq Nuriyevin ailəsində dünyaya göz açan (3 sentyabr 1951-ci il) Yaşar 10 yaşından Azərbaycan Televiziyasında verilişlərdə çıxış edirdi. Səhnəyə ilk dəfə 11 yaşında Dövlət Musiqili Komediya Teatrının “Toy kimindir?” tamaşasında Tapdıq rolunda çıxanda da tamaşaçıya, xüsusən azyaşlı kütləyə tanış idi.

 

Teatra hədsiz həvəsi nəhayət, onu Mədəniyyət İncəsənət Universitetinə gətirir, Dram kino aktyorluğu fakültəsinə daxil olur. Tələbəlik çağlarından hamı ondan çox şey gözləyirdi, hamı onuhazır aktyorsayırdı.

 

Fitri istedadı ilə ilk vaxtdan diqqəti cəlb etməyi bacaran aktyoru ilk olaraq novator rejissor Tofiq Kazımov kəşf edir. Onu Akademik Milli Dram Teatrına dəvət edir Aleksandr VampilovunÖvladtamaşasında Silva teatrda yaratdığı ilk obraz olur.

 

Beləcə, müxtəlif illərdə teatr səhnəsindəHacı Qara” (Bədəl), “Bağlardan gələn səs” (Pərviz), “Yağışdan sonra” (Cığatay), “Bəşərin komediyası yaxud Don Juan” (Sqanarel), “Şəhərin yay günləri” (Namiq), “Dəli yığıncağı” (Sərsəm Salman), “Müsyö Jordan dərviş Məstəli şah” (Qulaməli), “Sevil” (Əbdüləli bəy), “Sizi deyib gəlmişəm…” (Molla Nəsrəddin) kimi səhnə nümunələrində yaddaqalan rollar ifa edir.

 

Yaşar Nuri rol müqayisəsini, obrazın əsərdəki yerini, səhnədəki mizan önəmini nəzərə almadan qəhrəmanının daxilinə varır onu əsas plana gətirə bilirdi. Bunu isə sadə, lakin bir o qədər mürəkkəb görünəcək detallarla üzvi surətdə bağlayaraq edirdi. Məsələn, yeri gələndə qəliz rəqs nömrələrini nümayiş etdirər, bəzən muğam, mahnı ifa edər beləcə, özünü tamaşaçı üçün maraqlı personaja çevirərdi. Yalnız bundan sonra tamaşaçı onun rolu ilə özü arasındakı şəffaf pərdəni görə bilərdi.

 

Mən istər teatrda, istər televiziyada, istərsə kinoda, demək olar ki, bütün rejissorlarla işləmişəmdeyən aktyora yorulmaq ifadəsi yad idi.

 

O kinoda da, teletamaşalarda da teatrdan irəli gələn tamaşaçı ilə maneəsiz, canlı ünsiyyət bacarığını işə salırdı. Buna görə tamaşaçı onun qəhrəmanları ilə asan dil tapırdı, rahat şüuraltı dialoqa girə bilirdi.

 

Azərbaycan televiziyasında mərhum rejissor Tariyel Vəliyevin ötən əsrin 80-ci illərində lentə aldığıSəni axtarıram”, “Bağışla”, “Səndən xəbərsizkimi televiziya tamaşaları böyük sənətkarı tamaşaçılara bir daha sevdirdi tam başqa bir prizmadanlirik-psixoloji aktyor qismində təqdim edə bildi. Bənzərsiz aktyorun çəkildiyi televiziyanınqızıl fond”unda qorunanYollar görüşəndə”, “Ömrün yolları”, “Qatarda”, “Evləri köndələn yar”, “Ordan-burdan”, “Topal Teymurteletamaşalarının hər biri bizim qarşımıza tam fərqli bir Yaşar çıxarırdı.

 

 

 

Yaşadı, yaşayır...

 

 

 

Səhnə insanları iki ömür yaşayır səhnə üçün yaşanan ömür daha mənalı əbədi olur. Həyatdan köçsələr də, yaddaşlarda əbədi iz qoyurlar.

 

Yaşar Nuri də neçə illərdir ki, aramızda yoxdur, amma bu fiziki yoxluğu onun yaddaşlardakı yeri daim saxlayır, onun ülvi, bənzərsiz sənəti Yaşarı yaşadır. Bu mənada onun milli kinematoqrafiyamızın inciləri sayılacaq nümunələrdə oynadığı rollar, sözsüz, bir kino incisi, ekran nəhəngidir. Onun qəhrəmanları – İsrafil (“Bəyin oğurlanması”), Mahmud (“Qətl günü”), Mirzəbala (“Mənim şəhərim”), Xəlil (“Yuxu”), Maşallah (“Yaramaz”) indi də aramızdadır, bizdən biridir.

 

Müsahibələrində   “Deyə bilmərəm ki, sənətdə arzuladığım bütün obrazlara qovuşmuşam. Teatrkino çox geniş sənət növüdürbiz aktyorlar bu dəryada bir damlayıq” deyirdi. Fəxri adları və mükafatlarını da daim söhbətinin ya sonuna şaxlar, ya da ümumən bu barədə danışmazdı, xalqın sevgisini, tamaşaçının alqışını ən böyük qazancı sayardı.  “Mənim yaxama taxacağım və qürurlanacağım mükafatım tamaşaçılarımın gülüşü və alqışıdır” deyirbundan xeyli xoşhal olurdu.

 

Tamaşaçıları Yaşarın fiziki yoxluğunu, onu itirmək qorxusunu bir də, özüsonuncu dəfə 22 noyabr 2012-ci ildə daddı. 61 yaşında onun “Mən heç vaxt ölməyəcəyəm!” monoloqunda sonuncu benefisini izləməli, alqışlamalı oldu. Həm də həmişəyaşarlığına həmişəlik inana-inana...

 

Həmidə NİZAMİQIZI

 

 

Mədəniytyət.-2021.- 3 sentyabr.- S.7.