Bakı Uşaq və
Gənclər Teatrı qazi və şəhid
ailələrinin qonağı olub
Bakı Uşaq və Gənclər Teatrının kollektivi Bakının Buzovna qəsəbəsindəki Səhiyyə Nazirliyi Sanator Kurort Reabilitasiya Mərkəzində qazi və şəhid ailələrinin qonağı olub. Teatrın aktyorları Vətən müharibəsi şəhidlərinin övladları üçün nağıl qəhrəmanlarını canlandırıblar.
İlhamə Əhmədova və Rauf Hüseynlinin aparıcı olduqları tədbirdə teatrın aktrisası Əfruz Əliyevanın ifasında musiqi nömrələri, aktyorlar Türkan Şahmarlı, Qurban Əhmədov, Gülnar Əlizadə, Sənan Fərzəliyev, Rəhimə Abdinova, Röyal Allahverdiyevin ifasında səhnəciklər maraqla qarşılanıb.
Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən yüksəkkeyfiyyətli
avadanlıqlarla təmin olunan və təcrübəli
tibbi personalın
çalışdığı Sanator Kurort Reabilitasiya Mərkəzi
14 noyabr 2020-ci il
tarixindən Birinci-vitse prezident
Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə Vətən müharibəsi qazilərinin istifadəsinə
verilib.
Mədəniyyət.- 2021.- 8
sentyabr.- S.3.