Türk millətinin ruhunu canlandıran epos

 

 

Dədə Qorqud türk mədəniyyəti, tarixi ədəbiyyatı konfransı keçirilib

 

 

 

AMEA-nın Folklor İnstitutu, Türkiyənin Ege Universitetinin Türk Dünyası Araşdırmaları İnstitutu, İqtisadi İnkişaf Sosial Araşdırmalar İnstitutunun birgə təşkilatçılığı ilə IV Beynəlxalq Dədə Qorqud türk mədəniyyəti, tarixi ədəbiyyatı konfransı keçirilib.

 

Onlayn formatda təşkil olunan konfransı AMEA-nın Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin müdiri və eyniadlı dərginin baş redaktoru, filologiya elmləri doktoru Ramazan Qafarlı açaraq tədbirin ortaq tariximizin zəfərlərlə dolu olan bir çağında keçirildiyini söyləyib. Bildirib ki, dünya hər zaman ulu türkün döyüşkənliyi ilə yanaşı, maddi-mənəvi abidələr yaratmaqda da heç bir xalqdan geri qalmadığının, bəzən daha üstün mövqedə dayandığının şahidi olub.

 

R.Qafarlı Türkiyənin Ege Universitetinin Türk Dünyası Araşdırmaları İnstitutunun bölmə rəhbəri professor Mətin Əkicinin konfransın əsas tərəfdaşlarından biri olduğunu qeyd edib, aliminKoroğlu” və “Dədə Qorqud” eposlarının yorulmaz araşdırıcısı kimi çoxçeşidli elmi-pedaqoji fəaliyyətini, eləcə də “Koroğlueposunun dünya xalqları arasında mövcud olan variantlarını müqayisəli şəkildə araşdırmasını və onun səyi nəticəsində dastanın İranda tapılan yeni əlyazmasının elmi dövriyyəyə təqdim edilməsini yüksək qiymətləndirib.

 

Professor Mətin Əkici çıxışında Türkiyə-Azərbaycan qardaşlığının qeyri-maddi mədəni irsə verdiyi dəyərin əhəmiyyətindən bəhs edib. “Kitabi-Dədə QorqudunQorqud ata hekayələrinin bu gün əlimizə üç nüsxə şəklində gəlib çatdığını vurğulayan alim  dastanda istifadə edilən dilin türk millətinin ruhunu canlandırdığını diqqətə çatdırıb.

 

Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, professor Seyfəddin Rzasoy, filologiya elmləri doktoru Nizami Muradoğlu çıxış edərək “Dədə Qorqudeposunun oğuz xalqlarının milli kimliyinin, keçmişinin, bugününün və gələcəyinin kitabı olduğunu və hər gələn nəslin bu kitabda yeniliklər tapacağını vurğulayıblar. Bildirilib ki, “Kitabi-Dədə Qorqud” həmçinin türk xalqlarının ədəbiyyatını, hərb və dövlətçilik tarixini öyrənmək baxımından əvəzedilməz mənbədir.

 

Türkiyənin İqtisadi İnkişafSosial Araşdırmalar İnstitutunun Azərbaycan təmsilçisi Əlvan Cəfərli iştirakçılara və konfransın fəaliyyətinə uğurlar arzulayıb.

 

Üç bölmədə işini davam etdirən konfransda 30-a yaxın məruzə dinlənilib.

 

 

Mədəniyyət.- 2021.- 8 sentyabr.- S.7.