“Möhtəşəm”
“Professional”
Jan-Pol
Belmondo dünyasını
dəyişdi
Dünya
şöhrətli fransız
aktyoru Jan-Pol Belmondo sentyabrın 6-da, ömrünün 89-cu ilində vəfat edib.
1933-cu il aprelin
9-da heykəltəraş Pol
Belmondonun ailəsində
dünyaya gələn
gələcəyin məşhur
aktyoru idmanı çox sevib, futbol, velosiped, xüsusilə də boksla məşğul olub, bir ara
peşəkar idmançı
olmaq istəyib. Parisdə
Dram Sənəti Ali Milli
Konservatoriyasını bitirdikdən
sonra teatrda çalışmağa başlayıb.
1956-cı ildə ilk filminə
çəkilib. Üç il sonra
fransız kinosunda “yeni dalğa”nın nümayəndələrindən olan Jan-Lük Qodarın “Son nəfəsdə”
filmində baş rolu oynaması 26 yaşlı aktyora şöhrət gətirir.
Bundan sonra bir çox macəra və komediya filmlərinə dəvət alan
aktyorun ümumilkdə
kinoda 80-dən çox
rolu var. Paralel olaraq 90-cı illərin ortalarınadək teatr tamaşalarında da oynayıb. Dünya miqyasında isə təbii ki, kinodakı rolları ilə tanınıb: “Möhtəşəm”, “Professional”, “Riodan olan adam”, “Dəlisov Pyero” və s.
Aktyor Fransanın milli kino mükafatı olan “Sezar”a (1989), Kann Film Festivalının fəxri “Qızıl palma budağı” (2011) və Venesiya Film Festivalının fəxri
“Qızıl şir” mükafatlarına (2016) layiq
görülüb. 2009-cu ildən sonra məşhur aktyor ekranda baş rollarda görünməyib.
Amma 2018-ci ildə
“Corse-Matina” qəzetinə
müsahibəsində “Elə
xoşbəxt həyat
yaşadım ki, sonumdan qorxmuram” deyən aktyor hələ də filmə çəkilmək
arzusunu gizlətməmişdi...
CAVİD
Mədəniyyət.- 2021.- 8
sentyabr.- S.8.