Tar, kamança
və qaval Dünya Musiqi Alətləri Muzeyində
Tokioda Paralimpiya Oyunları zamanı Yaponiyanın Hamamatsu şəhərinə səfər edən Azərbaycan Milli Paralimpiya Komitəsinin əməkdaşları buradakı Dünya Musiqi Alətləri Muzeyinə Heydər Əliyev Fondunun hədiyyəsi olan tar, kamança və qaval təqdim ediblər.
Mərasimdə ölkəmizin Yaponiyadakı səfirliyinin birinci katibi Rövşən Cəfərov, Milli Paralimpiya Komitəsinin əməkdaşı Rüfət Hacılı, Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntər iştirak ediblər.
Əvvəlcə qonaqlara muzey haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, muzey
1995-ci ildə təsis
edilib. Məqsəd burada toplanan
dünya xalqlarının
qədim və müasir musiqi alətləri vasitəsilə
ziyarətçilərdə ayrı-ayrı xalqların
musiqi mədəniyyəti
barədə təsəvvür
yaratmaqdır. Muzeyin yaradılmasına
dünyaca məşhur
“Yamaha” pianinolarının Hamamatsu şəhərində istehsalı
da mühüm təsir göstərib.
Bildirilib
ki, muzeydə toplanmış çoxsaylı
alətlər dünyanın
bir çox ölkələrindən gətirilib.
Sonra muzeyin direktoru Masayuki Tsurutanın
iştirakı ilə
Azərbaycan milli musiqi alətlərinin təqdim olunması mərasimi keçirilib. Bildirilib ki,
Azərbaycan ilə Yaponiya arasında müxtəlif sahələrdə,
həmçinin mədəniyyət
sahəsində sıx
əməkdaşlıq mövcuddur.
Azərbaycanlı musiqiçilərin Yaponiyada, yapon musiqiçilərin isə
ölkəmizdə konsertləri
təşkil edilib.
2018-ci ildə TÜRKSOY-un
25 illiyi münasibətilə
Yaponiyada təşkil
edilən turne zamanı Hamamatsu muzeyində
olan azərbaycanlı
musiqiçi Babək Quliyev burada Azərbaycan milli musiqi alətlərinin olmamasından təəssüflənib
və bunu Yaponiyadakı diaspor təşkilatımızın fəallarına
bildirib. Məsələ
2020-ci ildə Azərbaycan
Milli Paralimpiya Komitəsinin “Host town” proqramının
təşkili ilə əlaqədar Tokioya gəlmiş nümayəndəsi
Rüfət Hacılı
ilə də müzakirə olunub.
Təşəbbüs Heydər Əliyev Fonduna çatdırıldıqdan
sonra bəyənilib və milli musiqi
alətlərimizin Hamamatsu Dünya
Musiqi Alətləri Muzeyinə təqdim olunmasına dəstək verilməsi qərara alınıb.
Qeyd edilib ki, muzeyə
təqdim edilən
tar, kamança və
qaval vasitəsilə ifa edilən muğam sənəti, eləcə də tar və kamança ifaçılığı sənətləri
ayrı-ayrılıqda UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına
daxil edilib.
Tədbirdə çıxış edən R.Cəfərov Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadənin salamlarını çatdırıb, iki ölkə arasında dost münasibətlər barədə söz açıb, gələn il diplomatik əlaqələrin yaradılmasının 30 illiyinin qeyd ediləcəyini bildirib. O, Azərbaycan paralimpiyaçılarının uğurlarından bəhs edərək, idmançılarımızın 14 qızıl medal qazındığını vurğulayıb. G.İsmayılzadə Yaponiyanın Şika şəhərində “Host-town” proqramına qatılan paralimpiyaçılarımızın yarışlara yaxşı hazırlaşması üçün yaradılmış şəraiti də yüksək qiymətləndirib.
Diplomat Azərbaycan musiqi alətlərinin muzeyə Heydər Əliyev Fondu tərəfindən hədiyyə olunduğunu və bu missiyanın Azərbaycan paralimpiya yığmasının nümayəndələrinə həvalə edildiyini vurğulayıb.
Muzeyə təqdim edilən hədiyyələrə görə Heydər Əliyev Fonduna və Milli Paralimpiya Komitəsinə minnətdarlığını ifadə edən direktor Masayuki Tsuruta bu alətlər barədə həm yerli sakinlərə, həm də dünyanın hər yerindən Yaponiyaya gələn ziyarətçilərə ətraflı məlumat veriləcəyini bildirib.
Mədəniyyət.- 2021.- 8
sentyabr.- S.1;8.