Lətif Kərimov dühası – xalçaçı rəssam, sənətşünas alim

 

Bəzi jurnalistlər sözün qədrini bilmirlər. Yerli-yersiz hara gəldi səpələyirlər. Xahiş edirəm mənim haqqımda dəbdəbəli sözlər, cümlələr işlətməyəsiniz” – deyirdi o.  Azərbaycan dekorativ tətbiqi sənəti sahəsində ən çox ilə fəxr edirsinizsualına isə  – “Azərbaycan Xalçası Xalq Tətbiqi Sənəti Muzeyi ilədeyə cavab verirdi.

 

Bu yazıda Azərbaycan xalça sənətinin mahir bilicisi, ömrünü həsr etdiyi bu qədim sənətimizinpasport”unu yaratmış, dünyada ilk dəfə Azərbaycanda Xalça Muzeyinin (1967) yaradılmasında fədakarlıq göstərmiş, ölkəmizdə UNESCO-nun xətti ilə ilk beynəlxalq xalça simpoziumunun (1983) təşkilində bilavasitə iştirak etmiş dünya şöhrətli xalçaçı rəssam, sənətşünas Lətif Hüseyn oğlu Kərimovdan (17.11.1906 – 9.9.1991) söhbət açmaq istərdim.

 

Lətif Kərimov Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşada anadan olmuşdu. Rəssam özü haqqında deyirdi: “Torpaqdan irəli xalça görmüşəm. Anam Telli Hacınəsib qızı xalçaçı idi. Onun toxuduğuLəmpə”, “Dəryanur”, “Saxsıda güllərçox adlı-sanlı olub. Mən o xalçaların üstündə iməkləmişəm, dil açmışam, yerimək öyrənmişəm. Təkcə anam deyildi xalçaçı. Bu sənət bizim Allahverənlər tayfasının çörək ağacı sayılırdı” (“Sovet kəndiqəzeti. 10.7.1979).

 

O, 1911-ci ildə ailəsi ilə İranın Məşhəd şəhərinə köçmüş, orada xalçaçı Mirzə Ələkbər Hüseynzadədən xalça sənətinin sirlərinə yiyələnmişdi. 1929-cu ildə Bakıya dönən Lətif Kərimov 1930-cu ildənAzərxalçaİstehsalat Birliyinin bədii-texniki rəhbəri olmuş, AMEA-nın Memarlıq İncəsənət İnstitutunda şöbə müdiri işləmiş, 1960-cı ildən indiki Mədəniyyət İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərmişdir. Onun eskizləri əsasında rəhbərliyi iləƏfşan” (1931, 1957), “Qonaqkənd” (1939), “Ləçəkturunc” (1952, 1982), “Şuşa” (1953), “Göygöl” (1958), “Qarabağ” (1960), “İslimi” (1964), “Butalı” (1965), “Bahar” (1967, 1977), “Ağaclı” (1974) “Şəbi-hicran” (1975), “Heyvanlar aləmində” (1976), “Zərxara” (1977), “Xətai” (1981), “Əsrlərin nəğməsi” (1985), “Əcəmi” (1985), “Mehrabi Əcəmi” (1987) ornamental xalçaları, “Firdovsi” (1934), NizamiXəmsə”sinin motivləri əsasında toxunmuş 5 məşhur xalça (1940-41), “S.Vurğun” (1956), “Avtoportret” (1956), “N.Nərimanov” (1959), “M.P.Vaqif” (1967), “M.Füzuli” (1972), “İ.Nəsimi” (1974), “S.Urməvi” (1975), “M.Əcəmi” (1976) başqa süjetli xalçalar toxunmuşdur. Sənətkar həmçinin Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyi Moskvada Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin Azərbaycan pavilyonunun portalları, tağları interyerlərini bəzəyən müxtəlif memarlıq ornamentlərinin müəllifi olmuşdur.

 

L.Kərimov incəsənət tariximizdə çox nadir şəxsiyyətlərdəndir ki, yaradıcılığında praktika ilə nəzəriyyə paralel olaraq inkişaf etdirilib. Görkəmli xalçaçı rəssam xalçaşünas alim dekorativ-tətbiqi sənətimizin ən qədim növlərindən biri olan xalça sənətinin tarixini mükəmməl səviyyədə bilirdi. O, Şərq mədəniyyətinin, İslam sənətinin ən incə mətləblərindən xəbərdar idi, Şərq ornament sənətinin simvolikasını, fəlsəfəsini elmi əsaslarla tədqiq edib, araşdırıb, fundamental elmi əhəmiyyətə malik monoqrafiyalar nəşr etdirmişdi. Onun üçcildlikAzərbaycan xalçasıadlı kitabları, xüsusən birinci cildi nəşr olunandan qısa müddət sonra bütün dünyaya yayılmış sənət biliciləri arasında yüksək rəğbət qazanmışdı. Avropa, Amerika, Şərq ölkələrindən  məşhur xalçaşünas alimlər ekspertlər ona çoxsaylı məktublar göndərərək kitab haqqında qiymətli fikirlərini bildirmişdilər.

 

L.Kərimovun xalq sənətimizdən qaynaqlanan dərin bilik bədii zəkası nəticəsində toxunmuş xalçalar özünün kompozisiya quruluşu, rəng həlli, bədii-estetik əhəmiyyəti texniki işlənilmə xüsusiyyətlərinə görə XX əsr Azərbaycan incəsənətinin qiymətli xəzinəsi hesab olunur. L.Kərimov həm xalça sənətimizin tarixi ilə məşğul olur, bu istiqamətdə elmi araşdırmalar aparır, həm yeni xalça çeşniləri hazırlayır, xalça sənəti ilə bağlı təşkilati işlərlə ciddi məşğul olurdu. Onun təşəbbüsü fədakar əməyi nəticəsində Bakıda Xalça Muzeyi yaradılmış, həmçinin dünya xalçaşünas alimlərinin iştirakı ilə xalça simpoziumu təşkil olunmuşdur. Xalçaçı rəssamın Moskva (1954), London (1986), Bakı (1987) başqa şəhərlərdə fərdi sərgiləri keçirilmişdi. Rəssamın Moskvada təşkil olunmuş sərgisi ilə bağlıKommunistqəzetində (17.8.1954) SSRİ Rəssamlıq Akademiyasının baş elmi işçisi, sənətşünaslıq elmləri namizədi S.TemerinMoskvada Lətif Kərimovun əsərlərinin sərgisiadlı məqaləsi dərc olunmuşdu. Məqalədə oxuyuruq: “Sərgiyə tamaşa edənlər arasında Moskvaya qonaq gəlmiş Çin, Hindistan, Koreya, Polşa, İslandiya başqa ölkələrin nümayəndələri olmuşlar. Çinli İon-TekMən bu sərgiyə üç dəfə tamaşa etmişəm hər dəfə Kərimovun milli ənənələrdən bacarıqla istifadə etməsindən çox şey öyrənmişəm”. İslandiyalı Tora Kristin Anderson yazırlar: “Hazırda Moskvada olan biz – islandıyalı qonaqlar bu sərgiyə heyran qaldığımızı bildirmək istəyirik. Sərgi Moskva səfərimizi daha da maraqlı etdi”.

 

L.Kərimov 1950-ci ildə xalça sənətimizlə bağlı apardığı fundamental elmi tədqiqat araşdırmalarına görə sənətşünaslıq namizədi elmi dərəcəsi almışdı. Əhatəli elmi bədii yaradıcılıq fəaliyyəti yüksək qiymətləndirilən sənətkar SSRİ Dövlət mükafatı (1950), respublikanın Əməkdar incəsənət xadimi (1955), Xalq rəssamı (1960), “Xalqlar Dostluğuordeni (1986) kimi yüksək mükafat təltiflərə layiq görülmüşdü. Müstəqillik illərində Prezident İlham Əliyevin sərəncamı (27.10.2006) ilə xalçaçı rəssam sənətşünas alimin 100 illik yubileyi qeyd olunmuşdu.

 

L.KərimovKommunistqəzetində (4.9.1983) dərc olunmuş məqaləsində yazırdı: “Uzun illərdən bəri görmək arzusunda olduğum məşhurŞeyx Səfixalçasının qarşısında dayanıb gözümü ondan çəkə bilmirdim. XVI əsrdə Təbrizdə toxunmuş bu nadir xalının hər bir xırda detalını, ilməsini gözdən keçirdikcə, onu yaradan virtuoz rəssamın ustalığı, bu bədii əsərin toxucularının məharəti qarşısında öz heyrətimi sevincimi gizlədə bilmirdim. Təbriz rəssamlarının bu ölməz işini davam etdirmək üçün həmin rəssamların xatirələrinə yeni bir Şeyx Səfi xalçası yaratmağı qərara aldım”. Bu sətirləri nəzərdən keçirərkən, rəssamın xalqına, millətinə necə bağlı sənət xadimi olduğunu bir daha duymaq olur.

 

Lətif Kərimovun həyat yaradıcılığı haqqında tanınmış sənətşünaslar, rəssamlar, eyni zamanda dünyanın sənət adamları yüksək fikirlər söyləyiblər, haqqında yüzlərlə məqalə dərc olunub, bədii elmi yaradıcılıq fəaliyyətinə dair kitab monoqrafiyalar nəşr olunub.

 

Xalçaçılıq elmində o, nadir istedaddır. Rəssam, xalça ustası keçmişdə olmuş, indi az deyil, lakin bu sənətin tarixini, elmi-nəzəri rəssamlıq texniki ifaçılıq cəhətlərini özündə birləşdirən, indiyə qədər bağlı qalandüyünlərinsirlərini açan alim, sənətkar isə yəqin ki, olmamış, yoxdur olmayacaq” – AMEA-nın müxbir üzvü, sənətşünas alim Kərim Kərimov fikirlərini belə qeyd edirdi.

 

SSRİ EA-nın müxbir üzvü, sənətşünaslıq doktoru B.V.Veymar yazırdı: “...Ölkəmizdə hələ sənətin müxtəlif sahələrində Lətif Kərimov kimi hərtərəfli istedada malik bir sənətkar yetişməyib... L.Kərimov zəngin xalq yaradıcılığından bəhrələnən novator rəssamdır”.

 

Tanınmış İngiltərə sənətşünası Levi Kepati isə fikirlərini belə qeyd edib: “Hər bir xalçanız öz-özlüyündə bir incəsənət əsəri, onların ornamentləri isə nadir zəngindir. Doğurdan da, bu xalçalar dahiyanə sənət əsəridir”.

 

Almaniyanın Köln şəhərindən xalçaçı alim U.Şurman ona yazırdı: “Bu qiymətli kitabı (“Azərbaycan xalçası”, I cild. 1961) Moskvada Leninqradda tapa bilmədim. Bunun üçün Vaşinqtona getməli oldum”.

 

Xalq rəssamları Mikayıl AbdullayevBöyükağa Mirzəzadə sənətkarın yaddaqalan portretlərini yaratmışlar. M.Abdullayev L.Kərimov haqqında yazır: “Bir şəxsin özünü, sənətini sevmədən portretini işləmək, məncə, mümkün deyil. Lətif Kərimov mənim üçün kimdir? Respublikamızın ən görkəmli dekorativ sənət ustası. Yeganə xalçaçı Xalq rəssamımız. Qızıl, gümüş, fil sümüyü üzərində ən zərif işlər işləyən mahir zərgər. Sənəti, respublikamızın, xalqımızın adını uzaq-uzaq  ölkələrdə tanıdan ellim”.

 

Sənətşünas alim Kübra Əliyeva müəllimi L.Kərimovun anasının və bacısının yüz ildən artıq yaşadıqlarını qeyd edərək yazır: “O, inanırdı ki, azı 100 il yaşayacaq. Bəlkə də xalqımızın başına gələn bu bəlalar olmasaydı, o, yaşayardı. Ölümünə bir ay qalana qədər yazan, yaradan bu sənətkarın ölümünə səbəb həmin 20 Yanvar gecəsi oldu. O, gecə İnşaatçılar prospektindəki eyvanından Bakıya yağan gülləbarana, insan qırğınına baxan sənətkar mənən məhv oldu”.

 

Bu il xalçaçı rəssam və alim Lətif Kərimovun anadan olmasının 115-ci, vəfatının 30-cu  ildönümüdür. Onun üçcildlik “Azərbaycan xalçası” adlı elmi fundamental əhəmiyyətə malik kitablarının doğma ana dilimizdə və nəfis tərtibatda nəşr olunmasını arzu edərdik. Bu, incəsənət dünyamıza ən gözəl töhfə olardı. Mənalı ömrünü Azərbaycan incəsənətinə, xalçaçılıq sənətimizə həsr etmiş, sənət xəzinəmizi yeni-yeni incilərlə zənginləşdirmiş L.Kərimov özünün bədii və elmi yaradıcılıq fəaliyyəti ilə incəsənət tariximizdə əbədi qalacaq.

 

Əsəd QULİYEV

sənətşünas, AMEA-nın dissertantı

 

 

Mədəniyyət.- 2021.- 8 sentyabr.- S.7.