Qarabağa kitabla gedirik...

 

AksiyayaKarabakh is Azerbaijan!” platforması da qoşulub

 

 

 

Məlum olduğu kimi, bu ilin əvvəlindən Mədəniyyət Nazirliyinin Milli Kitabxananın birgə təşəbbüsü ilə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yaradılacaq kitabxanaların fondlarına dəstək məqsədilə aksiya həyata keçirilir. Ötən müddətdə kitab toplama aksiyasına müxtəlif təşkilatlar, eləcə mədəniyyət, elm xadimləri, yazarlar qoşulub.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə yaradılanKarabakh is Azerbaijan!” Milli Platforması da ölkəmizin gənclərini, eləcə xaricdə yaşayan həmvətənlərimizi bu istiqamətdə fəaliyyətə təşviq etmək üçün yeni layihəyə başlayıb.

Dövlət Komitəsindən verilən məlumata görə, “Karabakh is Azerbaijan!” Milli Platformasının təşəbbüsü ilə kitablar könüllü şəkildə toplanacaq çeşidlənəcək. Daha sonra kitablar işğaldan azad olunmuş rayonlarda açılacaq kitabxanalara hədiyyə ediləcək.

Platformanın koordinatoru Bəxtiyar Rəhimov bildirib ki, artıq Azərbaycanda, həmçinin Türkiyədə Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən fəallar 1000-dən artıq kitab toplayıblar.

 

Mədəniyyət.- 2021.- 10 sentyabr.- S.2.