“Çələbi” xalçasının kəsimi keçiriləcək

 

 

Sentyabrın 10-da Azərbaycan Milli Xalça Muzeyində Qarabağın “Çələbi” xalçasının qədim ənənələrə uyğun şəkildə hanadan kəsimi mərasimi keçiriləcək.

 

Muzeyin Ənənəvi texnologiya şöbəsində toxunan bu xalça 2019-cu ildə Bakıda UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində keçirilən “Azərbaycan mədəni irsi Luvr Muzeyində” adlı sərgidə nümayiş etdirilən unikal xalçanın tam replikasıdır.

 

Xalçada ara sahənin mərkəzində “Çələbi” xalçalarına xas eyni quruluşlu iki göl elementi verilib. Qarabağ xalçaçılığında geniş yayılmış “Günəş” və ya “Çələbi” adlı göl elementi hər tərəfə şüalarını yayan günəşin rəmzi olub, həm də ilahi nura işarədir.

 

Mədəniyyət.- 2021.- 10 sentyabr.- S.2.