Dövranla düz gəlsən, dövran sənindir...

 

 

Nizami Gəncəvinin “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. “Xəmsə”yə daxil olan beş poema-məsnəvidə bütün zamanların ən humanist, ümumbəşəri idealları parlaq bədii əksini tapıb. “Nizami Gəncəvi İli” qüdrətli söz ustadının misilsiz xəzinə olan ədəbi irsinin təbliği, eyni zamanda tədqiq edilməsi və öyrənilməsi üçün yeni zəmindir.

 

Nizami sözündən incilər”də dahi şairin möhtəşəm beşliyindən növbəti seçmələri təqdim edirik.

 

Həyatda doğru insan gərək olar insana,

Layiq dostdan əl üzmə, əgər getsən hər yana.

 

 (“Sirlər xəzinəsi”)

 

Əziyyət eyləsən, cəfa görərsən,

Mehribanlıq etsən, səfa sürərsən.

 

(“Xosrov Şirin”)

 

Bu dünya səsiylə səsləşənindir,

Dövranla düz gəlsən, dövran sənindir.

 

(“Leyli Məcnun”)

 

Yatma qoca kimi bu yolda, aman!

Zalımdan özünü qoru hər zaman.

 

(“Yeddi gözəl”)

 

Bərk daşlar içində gizlənər gövhər,

Gövhər çətinliklə əldə edilər.

 

(“İsgəndərnamə” – “İqbalnamə”)

 

Mədəniyyət.- 2021.- 10 sentyabr.- S.7.