Azərbaycanlı rejissorun filmi Kazan festivalında
VII Kazan Beynəlxalq Müsəlman
Filmləri Festivalında
rejissor Rüfət Həsənovun “Daxildəki
ada” bədii filminin müsabiqədənkənar
təqdimatı olub.
Rusiya Federasiyası Tatarıstan
Respublikasının paytaxtında
təşkil olunan ənənəvi festival bu
il 5–10 sentyabr
tarixində keçirilir.
“Daxildəki ada”
filmi ölkəmizi festivalın “Türk dünyası” bölməsində
təmsil edir.
Filmin “Rodina” kinoteatrında baş tutan nümayişindən
sonra əsas rollardan birinin ifaçısı Xalq artisti Vidadi Həsənov tamaşaçıların
suallarını cavablandırıb.
Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilən, “Azərbaycanfilm”,
“Debüt” studiyası,
“Arizona Productions”, “Coyote Cinema” və
“Mandarin Agency”nin birgə
istehsalı olan filmin qəhrəmanı tanınmış şahmat
qrossmeysteridir. O özünü
kəşf etmək məqsədilə gizlicə
bir adaya yola düşür...
Filmin ssenari müəllifi Rüfət Həsənov,
quruluşçu operatoru
Orxan Abbasov, quruluşcu rəssamı
Elturan Məmmədov,
bəstəkarları Katya
Yonder və Fərhad Fərzəli, səs rejissoru Teymur Kərimov, ikinci rejissoru Kamran Ağabalayev, icraçı prodüseri
Nadir Əliyevdir. Əsas rolları
Orxan Ata, Vidadi Həsənov, Qurban İsmayılov, Rafiq Əzimov və Elvin Adıgözəl ifa edirlər.
Film 2020-ci ildə Sarayevo Film Festivalında
“Ən yaxşı rejissor” nominasiyası
üzrə mükafata layiq
görülüb.
Mədəniyyət.- 2021.- 10
sentyabr.- S.8.