Şəhriyarın xatirəsinə “Poeziya günü

 

 

Böyük şair Məhəmmədhüseyn Şəhriyarın (1906–1988) vəfatı günü (18 sentyabr) İrandaFars dilipoeziya günükimi qeyd olunur. Həm doğma Azərbaycan dilində, həm də fars dilində poetik incilər yaratmış şairin xatirəsinə həsr edilən tədbirlər bu il Şəhriyarın dəfn olunduğu Təbriz başda olmaqla digər şəhərlərdə də keçiriləcək.

 

Bu barədə İranın Mədəniyyət və İslam İrşad Nazirliyinin nümayəndəsi Qasım Nazimi məlumat verib. O, nəzərə çatdırıb ki, tədbirlərə Azərbaycan və Rusiyadan mədəniyyət nümayəndələrinin qatılması gözlənilir.

 

Mədəniyyət.- 2021.- 10 sentyabr.- S.8.