Onlarla animasiya filmini balacalara sevdirmişdi...

 

 

Onun adı çəkiləndə, istər-istəməz, bir anda böyük şair-dramaturqumuz, mütəfəkkir Hüseyn Cavid assosiasiya olunur. Ancaq o, Cavid əfəndi kimi söz sənətkarı deyil, rəng şairi idi. Bu il 16 iyulda, 70 yaşında dünyasını dəyişən rəssam-animator Hüseyn Cavid İsmayılovdan bəhs edirik.

 

11 sentyabr 1951-ci ildə Bakıda anadan olan rəssama dahi şairin adının verilməsi atasının repressiya qurbanı olması ilə bağlıdır. Ailəsinin dediyinə görə, rəssamın atası Hüseyn Cavidlə birgə həbsdə olubşairin xatirəsini əziz tutduğu üçün oğluna bu adı qoyub.

 

“Azərbaycanfilm”də və “Azanfilm” studiyasında çalışan Hüseyn Cavid İsmayılov ilk dəfə 1971-ci ildə Abdulla Şaiqin eyniadlı mənzum nağılı əsasında ekranlaşdırılan “Tülkü həccə gediranimasiya filmində ikinci rəssam kimi debüt edib. Film gənc rəssamın yaradıcılığında böyük rol oynayır, onun yeni-yeni animasiya filmlərində işləməsinə vəsilə olur.

 

1977-ci ildə o, Əli Kərimin eyniadlı şeiri əsasında mətnsiz çəkilən “Daşanimasiya filminin ikinci rəssamı olur. Dünya xalqlarını müharibələrin qadağan edilməsi, dünyada sülhün bərqərar olması uğrunda həmrəyliyə çağıran kinolent fəlsəfi fikirlər üzərində qurulub.

 

Ümumiyyətlə, Hüseyn Cavid İsmayılovun yaradıcılığında fəlsəfi qat özünü aydın göstərir. Onun 1990-cı ildə rəssamı olduğu, Azərbaycan xalq nağıllarının motivlərindən istifadə olunaraq çəkilən “Güzgü” filmində həyat güzgüsündə xeyir və şər qüvvələrin qarşı-qarşıya durmasından bəhs edilir. Xeyir baş verə biləcək bəlanın qarşısını alır...

 

H.Cavid İsmayılovun ikinci rəssam, multiplikasiya rəssamı, dekor rəssamı, fon rəssamı kimi çalışdığı “Cırtdanın yeni sərgüzəşti” (1973), “Dınqıl, sazım, dınqıl” (1976), “Xoruz” (1977), “Toplan və kölgəsi” (1977), “Sonrakı peşmançılıq” (1978), “Arzunu yarat” (1979), “Toral və Zəri” (1979), “Meşəinsan gəlir” (1980), “Cırtdan-pəhləvan haqqında” (1981), “Uşaq və külək” (1982), “Uçan zürafə” (1983), “Sehrli naxışlar” (1984), “Balaca çoban” (1985), “Talada ev” (1986), “Lovğa fil balası” (1987) və s. ekran işləri həm mövzu-mündəricəsinə görə, həm də maraqlı bədii tərtibatı ilə balaca tamaşaçıların marağına səbəb olub.

 

Allah rəhmət eləsin.

 

LALƏ

 

Mədəniyyət.- 2021.- 10 sentyabr.- S.6.