Ölkəmiz ABŞ-da beynəlxalq yemək festivalında təmsil olunub

 

ABŞ-ın Şimali Karolina ştatının Roli şəhərində fəaliyyət göstərən Azərbaycan Dostluq Təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə ölkəmiz beynəlxalq yemək festivalında təmsil olunub.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, müxtəlif xalqların mədəniyyətlərinin, adət-ənənələrinin və milli mətbəxlərinin təbliği məqsədilə təşkil edilən festivalda Azərbaycanla yanaşı, İtaliya, Almaniya, Yaponiya, Çin, Kolumbiya, Qırğızıstan, Meksika, Pakistan, Ukrayna – ümumilikdə 26 ölkənin guşəsi qurulub.

 

Azərbaycan guşəsində ölkəmizin tarixi, mədəniyyəti, turizm potensialı və mətbəxi ilə bağlı ingilisçex dillərində kitablar, suvenirlər nümayiş etdirilib, milli mətbəx nümunələri təqdim olunub. Azərbaycan Dostluq Təşkilatının rəhbəri, Amerika Azərbaycanlıları Koordinasiya Şurasının üzvü Adika İqbal və digər gənclərimiz yerli sakinlərə və qonaqlara ölkəmizin mədəniyyəti və mətbəxi barədə ətraflı məlumat veriblər. Guşəmizlə tanış olan ziyarətçilər Azərbaycan mətbəxinə xüsusi maraq göstəriblər.

 

Festival çərçivəsində ölkələrin milli rəqsləri də nümayiş etdirilib. Adika İqbalın rəhbərliyi ilə yaradılan “Qarabağ” rəqs qrupunun ifa etdiyi Azərbaycan rəqsini izləyicilər rəğbətlə qarşılayıblar.

 

 

Mədəniyyət.- 2021.- 10 sentyabr.- S.8.