Arşın mal alanyenidən Çin səhnəsində

 

 

Azərbaycanın dahi bəstəkarı Üzeyir HacıbəylininArşın mal alanoperettası növbəti dəfə Çin səhnəsindədir. Sentyabrın 16-da Lanfan şəhərindəki İpək Yolu Beynəlxalq İncəsənət Mərkəzində operetta konsert versiyasında təqdim olunacaq.

 

Üzeyir Hacıbəylinin (1885–1948)  anadan olmasının 136-cı ildönümünə 18 sentyabrMilli Musiqi Gününə həsr olunan konsert Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Çin Xalq Respublikasındakı səfirliyimiz Tiencin Şəhər Bələdiyyəsinin dəstəyi ilə hazırlanır.

 

Layihənin bədii rəhbəriİpək Yolu Mədəniyyət Birliyinin Prezidenti Klaudia Yanq (Malayziya), baş məsləhətçisi koordinatoru Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının baş dirijoru musiqi rəhbəri, Əməkdar artist Əyyub Quliyev, baş menecer Yan Linyan, dirijor Sun Cinkaydır, opera üzrə kastinq direktoru Li Saofey Lu Şendir. Tamaşa Tiencin Mahnı Rəqs Opera Teatrı truppasının ifasında təqdim olunacaq.

 

Qeyd edək ki, “Arşın mal alanoperettası Çində ilk dəfə 1959-cu ildə, növbəti dəfə isə 2010-cu ildə Əməkdar incəsənət xadimi Hafiz Quliyevin quruluşunda səhnəyə qoyulub.

 

Üzeyir Hacıbəylinin 1913-cü ildə yazdığı operetta indiyədək müxtəlif ölkələrdə və dillərdə tamaşaya qoyulub. 2013-cü ildəArşın mal alan”ın 100 illiyi UNESCO-da qeyd olunub.

 

Mədəniyyət.- 2021.- 10 sentyabr.- S.8.