Nizami Gəncəvinin 880 illiyi İCESCO-da qeyd olunacaq
İtaliyanın Bolonya şəhərində
keçirilən G-20 sammitinin
Konfessiyalararası Forumunda
iştirak edən Azərbaycan Respublikasının
mədəniyyət naziri
Anar Kərimov
İCESCO-nun baş direktoru
Salim bin Məhəmməd
əl-Malik ilə görüşüb.
Görüşdə Azərbaycan-İCESCO əlaqələrindən
söhbət açılıb,
Baş direktorun 2021-ci
ilin yanvar ayında Azərbaycana səfəri, həmin səfər çərçivəsində
müzakirə olunan məsələlərlə bağlı
yenidən fikir mübadiləsi aparılıb.
Anar Kərimov İCESCO-nun Baş
direktorunun bu səfərinin Azərbaycan
cəmiyyətində böyük
rezonans doğurduğunu,
İCESCO-nun 44 günlük Vətən müharibəsi
zamanı və müharibədən sonrakı
dövrdə ölkəmizə
verdiyi dəstəyin bir daha yüksək
qiymətləndirildiyini diqqətə
çatdırıb. Eyni zamanda
həmin səfər çərçivəsində razılaşdırılmış məqamların həyata keçirilməsi üçün
konkret addımların
atılması ilə
bağlı müzakirələr
aparılıb.
Salim əl-Malik
öz növbəsində
Azərbaycana yüksək
səviyyədə rəsmi
səfərə dəvət
edildiyinə və Prezident İlham Əliyev tərəfindən
qəbul olunduğuna görə təşəkkürünü
bildirib, görüşlərdə
əldə olunan razılaşmaların icrası
ilə bağlı
İCESCO-nun artıq fəaliyyətə
başladığını deyib.
Vurğulanıb ki, buraya ən vacib məqam
olaraq Şuşa şəhərinin “İslam
Mədəniyyətinin Paytaxtı”
elan edilməsi, Azərbaycanda İCESCO-nun regional ofisinin açılması
ilə bağlı məsələlərin tamamlanması,
həmçinin İCESCO-da
Nizami Gəncəvinin
880 illiyinin qeyd olunması kimi məsələlər daxildir.
Görüş zamanı cari ilin sonuna kimi
İCESCO-nun Baş katibliyində
Nizami Gəncəvi irsinə həsr olunmuş böyük beynəlxalq tədbirin təşkili, regional ofis ilə bağlı məsələlərin Azərbaycan
tərəfinin təklif
etdiyi məqamlara aydınlıq gətirildikdən
sonra işçi qrup səviyyəsində müzakirə edilməsinə
dair ümumi razılıq əldə olunub. Eləcə də bu ilin sonunadək həm İCESCO Baş Konfransında, həm də mədəniyyət
nazirlərinin konfransında
bu məqamlarla bağlı təqdimatların
edilməsi razılaşdırılıb.
Baş direktor eyni zamanda Azərbaycan
tərəfinin yeni təşəbbüsü olan
“Mədəniyyət naminə
sülh” (Peace4Culture) qlobal
kampaniyasına öz dəstəyini ifadə edərək 2021-ci ilin dekabr ayında keçiriləcək İCESCO Baş Konfransı çərçivəsində bu kampaniyanın geniş təqdimatının
keçirilməsinə razılığını
bildirib.
Mədəniyyət.-
2021.- 15 sentyabr.- S.2.