Latviyada beynəlxalq festivalda
Fikrət Əmirovun musiqisi səslənib
Latviyanın Yurmala şəhərində ənənəvi 18-ci Kremerata Baltika Beynəlxalq Festivalı keçirilib. Budəfəki festival “Kremerata Baltica” kamera orkestrinin 25, məşhur latviyalı skripkaçı və orkestrin yaradıcısı Gidon Kremerin isə 75 illik yubileylərinə həsr edilib.
Tədbirdə dinləyicilərə Azərbaycanın tanınmış dirijoru Fuad İbrahimovun rəhbərliyi ilə konsert proqramı təqdim olunub.
Proqramda bir sıra tanınmış bəstəkarların əsərləri, o cümlədən Azərbaycan bəstəkarı Fikrət Əmirovun dahi şair və mütəfəkkir Nizami Gəncəviyə həsr etdiyi “Nizami” simfoniyası ifa olunub. Əsər dinləyicilər tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Azərbaycan simfonik musiqisinin şah əsərlərindən
hesab olunan bu əsərin beynəlxalq festivalda
ifası “Nizami Gəncəvi İli”nə
gözəl töhfə olmaqla
yanaşı, Azərbaycan-Latviya mədəni əlaqələrində
də mühüm hadisədir.
Mədəniyyət.- 2021.- 15
sentyabr.- S.8.