Qədri bilinməyən Qədir...

 

Bahadur Əliyev həyatının mənasını kino sənətində tapmışdı

 

 

 

Bu başlığı niyə seçdiyimi aktyor-insan, ekran-həyat təzadında izah edim: “Ulduzfilminin kolxoz sədri Qədirin də, onu ekrandan bizə “Him-cim qanmırsan?”la sevdirən aktyor Bahadur Əliyevin də qədri bilinmədi.

 

Bunu təkcə 70-dən artıq kinofilmdə üzündən səsinə iştirakına, yaxud “Dublyajın vuran ürəyi”dir deyilməsinə rəğmən...

 

O, sadəcə, mimikası, hərəkət dili, baxışından şivəsinə qədər mütləq bir fərqliliyi ilə tamaşaçını cəlb edən, ümumi kollajda dəqiq görünən aktyor idi. Adının xatırlanmadığı yerlərdə rolları ilə çağırılan, qəhrəmanları ilə tanınan bir Bahadur Əliyev var idi. Ömrünü sənətə həsr edən və elə həyatı da film kadrları kimi montajlı, səsləndirməli Bahadur Əliyev.

 

O, həyatının mənasını kinoda tapankino ilə nəfəs alan nadir kino adamlarından idi. Filmlərə çəkilməklə, ekranın görünən tərəfində olmaqla kifayətlənmir, onun hər əzabına, hər nazına qatlanıb kino adlı sevgisinə heç vaxt xəyanət etmirdi.

 

Bu mənada Bahadur Əliyevin adı təkcə filmlərdə çəkilmir, həm də rejissor assistenti, II rejissor, film direktoru, mühəndis, inzibatçı kimi də titrlərdə görünürdü. 69 illik ömrünün 39 ilini milli kino sənətinin inkişafına həsr etmişdi.

 

Bahadur Atabala oğlu Əliyev 1933-cü il fevralın 24-də Masallı rayonunun Sığıncaq kəndində dünyaya göz açıb. Uşaqlıqdan özünəməxsus keyfiyyətləri olduğunu, teatr, səhnə marağını özüduymuşdu. Gələcək həyat, sənət yolunu da buna görə erkəndən özü təyin etmişdi: aktyor olacaqdı.

 

Odur ki, orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Teatr İnstitutunun (indiki ADMİU) Kinodram aktyorluğu fakültəsinə daxil olur. İnstitut həyatı, görkəmli sənətkarlardan aktyorluq sənətinin sirlərinə yiyələnməsi, kurs tamaşalarında rol alması tələbə-aktyoru daha da həvəsləndirir. 1956-cı ildə institutu bitirən gənc aktyor təyinatla “Bakı” kinostudiyasına göndərilir, rejissor assistenti vəzifəsinə işə qəbul edilir. Müxtəlif filmlərin çəkiliş prosesində özünəməxsus manevrlər edən, aktyorlarla obrazların dilində danışan gənc rejissor assistenti aktyor vəzifəsinə irəli çəkilir. 1957−1959-cu illərdə ekranlaşdırılan “Kölgələr sürünür”, “Bir məhəllədən iki nəfər”, “Onun böyük ürəyi” və “Onu bağışlamaq olarmı?” filmlərində epizodik rollarda çıxış edir. Kiçik, bəzən heç adı olmayan, kütləvi səhnələrdə görünsə də, böyük arzularla yaşayır, yeni kinofilmlərin, məşhur qəhrəmanlarının xəyallarını qururdu.

 

Amma arzular bu dəfə yarı yolda qalır. Böyük həvəslə işlədiyi bir vaxtda – 1959-cu ildəkinostudiyada işin həcmi azaldığına görəişdən azad olunur. Bundan sarsılmır, gənc ürəyi sızıldasa da, əsas məramındanözünü ifadə meydanı tapmaq istəyindən sapmır. Bakıdakı Lal-Karlar üçün Mədəniyyət evinə bədii rəhbər vəzifəsinə işə düzəlir. Ancaq kinostudiya ilə əlaqəsini kəsmir, böyük ümidlərlə ora qayıdacağı günü gözləyir. Bu müddətdəƏsl dost” filmində Fərmanın köməkçisi, balıqçı, “Qəribə əhvalat”da milis işçisi rollarını ifa edir.

 

1961-ci ildə yenidənAzərbaycanfilm”ə qayıdan aktyor bu dəfə korrektor ştatına götürülür. 1961−1965-ci illərdə aktyor kimiTelefonçu qız”, “Əmək qızılgül”, “Romeo mənim qonşumdurfilmlərinə çəkilir, “Böyük dayaq”da komsomolçu, “Möcüzələr adası”nda neftçi, “Sehrli xalat”da xanın əsgəri rollarında çıxış edir.

 

Geniş tamaşaçı auditoriyası onu daha çoxUlduzkinofilmindən tanıyır. Bəstəkar Süleyman Ələsgərovun eyniadlı operettasının motivləri əsasında çəkilmiş ekran əsərinin sevilən qəhrəmanlarından biri Qədirdir. Böyük tamaşaçı rəğbəti qazanmış bu filmdə teatr kino sənətimizin nəhəngləriLütfəli Abdullayev, Nəsibə Zeynalova, Hacıbaba Bağırov, Bəşir Səfəroğlu, Siyavuş Aslan rol alıblar. “Ulduz”un bu ulduzları sırasında, sözsüz ki, Bahadur Əliyev öz parlaqlığı ilə seçilə bildi.

 

Filmdə kolxoz sədri Qədirin obrazını yaradan aktyor şöhrətpərəst, özündənrazı qəhrəmanını sevə-sevə, həm bütün çalarları ilə tamaşaçıya təqdim edə bilib. Buradakı məhəbbət, daha doğrusu, qarşılıqsız məhəbbət motivi aktyorun ifa ifadə tapıntıları ilə bənzərsizdir, baxımlıdır.

 

Ulduzunonun yeni ulduzu Bahadur Əliyevin uğuruna rəğmən o, bu dəfə də umduğunu – yəni  yeni filmlərdə əsas rolları yox, tam əksini bulur. Belə ki, 1965-ci ilin sonunda böyük inzibatçı vəzifəsinə keçirilir. Yenə də ruhdan düşmür, epizodik rollarla kifayətlənməli olduğunu anlayır. Dağlarda döyüş”, “Uşaqlığın son gecəsi”, “Yenilməz batalyon” bədii, “Yun şal” bədii televiziya filmlərində çəkilir. “İstintaq davam edir” filmində kapitan Əliyev, “İyirmialtılar” tarixi-inqilabi filmində Bakı komissarlarının Azərbaycan xalqını xoş sabaha çıxaracağına inanan gənc fəhlə rollarında çıxış edir.

 

İnzibatçı kimi işinin öhdəsindən yaxşı gələn Bahadur Əliyev 1968-ci ildən kinostudiyanın dublyaj qrupu direktorunun müavini vəzifəsinə təyin olunur və 1973-cü ilə kimi bu vəzifəni icra edir. Beləcə, həm xaricisovet filmlərinin Azərbaycan dilində səsləndirilməsində aktyor kimi iştirak edir, həm inzibatçı kimi dublyaj işini təşkil edir, həm də filmlərə çəkilir. Bu dövrdə ekranlaşdırılan “Axırıncı aşırım”, “Bizim küçənin oğlanları”, “Həyat bizi sınayır”, “O qızı tapın” və s. kinolentlərdə onun da imzası var.

 

Aktyor ştatında olmadığı halda xeyli filmdə rol alan qəribə taleli aktyor, nəhayət ki, 1973-cü ildə kinoaktyor ştatına keçirilir. Ali kateqoriyalı kinoaktyor vəzifəsində təqaüdə çıxana kimi – 1995-ci ilə qədər çalışan kino adamını “Babək”, “Dərviş Parisi partladır”, “Evlənmək istəyirəm”, “Özgə ömür” filmlərində də görürük. Adları çəkilən əksər filmlərdə oynadığı rollar epizodik olsa da, hər birini böyük həvəslə, lap baş qəhrəman şövqü ilə oynayıb. Çünki o özünü bütünlüklə kino sənətinə həsr etmiş, həyatının mənasını bu sənətdə tapmışdı.

 

O, əsl kino adamı, kino vurğunu idi. Milli kinomuzun durğunluq dönəmində , yeni filmlərin ekranlaşdırılmağa başlandığı məqamlarda da ürəyi kino ilə döyündü. əbədi susana – 2002-ci ilin 16 sentyabrınadək, yəni son rolunu dublsuz ifa edənədək...

 

H.NİZAMİQIZI

 

Mədəniyyət.- 2021.- 15 sentyabr.- S.5.