Mədəniyyət Strategiyası və muğam sənəti ilə bağlı qanun layihəsi
Milli Məclisin payız
sessiyasında müzakirələri gözlənilir
Milli Məclisin 2021-ci il payız sessiyasında “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq. Bundan başqa, Prezidentin tapşırığı ilə hazırlanmaqda olan Mədəniyyət Strategiyası ilə bağlı Milli Məclisdə müzakirələrin aparılması nəzərdə tutulub.
Bu barədə Milli Məclisin Mədəniyyət komitəsinin sentyabrın 14-də keçirilən onlayn iclasında məlumat verilib. Komitənin sədri Qənirə Paşayeva 2021-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planı barədə danışıb.
İclasda “Teatr
və teatr fəaliyyəti haqqında”,
“Sığorta fəaliyyəti haqqında” və digər qanunlarda dəyişiklik edilməsi barədə
qanun layihəsinə birinci
oxunuşda baxılıb. Qənirə Paşayeva bildirib ki, “Teatr və teatr fəaliyyəti haqqında” qanuna təklif olunan dəyişiklik
bu sahədə icbari tibbi sığortanın tətbiqi ilə
bağlıdır.
Mədəniyyət.- 2021.- 17
sentyabr.- S.2.