Kiçik düşmənə belə kinini bildir artıq...

 

Nizami sözündən incilər

 

 

Nizami Gəncəvinin “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. “Xəmsə”yə daxil olan beş poema-məsnəvidə bütün zamanların ən humanist, ümumbəşəri idealları parlaq bədii əksini tapıb. “Nizami Gəncəvi İli” qüdrətli söz ustadının misilsiz xəzinə olan ədəbi irsinin təbliği, eyni zamanda tədqiq edilməsi və öyrənilməsi üçün yeni zəmindir.

 

“Nizami sözündən incilər”də dahi şairin möhtəşəm beşliyindən növbəti seçmələri təqdim edirik.

 

Kiçik düşmənə belə kinini bildir artıq,

Hər zaman əzilərsən əgər olmasan ayıq.

 

(“Sirlər xəzinəsi”)

 

Heç oturub-durma pis dostla, çəkin,

Şəninə əskiklik gətirər sənin.

 

XosrovŞirin”)

 

Əzəldən dünyanın bir qaydası var:

Bal tutan barmağı arılar sancar.

 

Leyli Məcnun”)

 

Ləl çox gec doğur, ömrü çox olur,

Lalə tez göyərir, tez yox olur.

 

Yeddi gözəl”)

 

Dünya görmüş adam, yaxşı, ya yaman,

Şikayət eyləməz öz iqbalından.

 

İsgəndərnamə” – “İqbalnamə”)

 

Zülmün ayininə birdən çək qələm,

Ki, xalqın qəlbindən silinsin ələm.

 

İsgəndərnamə” – “Şərəfnamə”)

 

Mədəniyyət.- 2021.- 17 sentyabr.- S.7.