Azərbaycan ənənəvi mədəniyyətində
qonaqpərvərlik
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi (MATM) Etnoqrafiya elmi fond şöbəsinin kiçik elmi işçisi Fatma Qəniyevanın “Azərbaycan ənənəvi mədəniyyətində qonaqpərvərlik etnik marker kimi” adlı məqaləsi “Motif akademi halkbilimi” beynəlxalq elmi jurnalında (Türkiyə) yer alıb. Məqalə MATM-ın Etnoqrafiya fondunun materialları əsasında hazırlanıb.
Muzeydən bildiriblər ki, məqalədə əsasən qonaqpərvərlik
adətinin ailə və ailə məişəti ilə
sıx qarşılıqlı əlaqədə
formalaşması, həmçinin istər maddi,
istərsə də mənəvi mədəniyyət elementlərinin
öyrənilməsinə xidmət edən əşyaların
istifadə üsulları və son olaraq bu prosesin
icrasında vacib element
olan davranış qaydalarından bəhs olunur.
Mədəniyyət.- 2021.- 17
sentyabr.- S.6.