Əlyazmalar İnstitutuna
XIX əsrə aid nüsxə hədiyyə
olunub
XIII-XIV əsrin ilahiyyatçı alimi, Nəsirəddin Tusi məktəbinin görkəmli nümayəndəsi Cəmaləddin Həsən ibn Yusif ibn Mütəhhər Əllamə Hillinin ərəb dilində “İrşad əl-Əzhan ila əhkam əl-iman” əsərinin XIX əsrin əvvəllərinə aid əlyazma nüsxəsi AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutuna hədiyyə olunub.
İnstitutdan bildirilib ki, dəri cildli əlyazma hicri 1220-ci/miladi 1805-ci ildə Məhəmməd Sadiq bin Məhəmməd Həsən tərəfindən nəsx xətti ilə köçürülüb.
Kitabın əlyazma nüsxəsi institutun laboratoriyasında müvafiq
bərpadan keçdikdən sonra
oxucuların istifadəsinə veriləcək.
Mədəniyyət.- 2021.- 17
sentyabr.- S.6.