Olimpiya çempionu
olmaq istəyirdi...
Vətən müharibəsində canlarından keçərək bizə Qələbə sevinci yaşadan igidlərimizdən biri də İqbal İlqar oğlu Astanlıdır.
İqbal Astanlı 10 avqust 1997-ci ildə Biləsuvar rayonunda anadan olub. İlk təhsilini
Biləsuvar şəhər
Nizami Gəncəvi adına 1 saylı
tam orta məktəbdə
alıb. Uşaq yaşlarından idmanın sərbəst güləş növü
ilə məşğul
olan İqbal respublika üzrə keçirilən yarışlarda
dəfələrlə yüksək
yerləri qazanıb.
Bu nailiyyətlərinə görə Biləsuvar
Rayon İcra Hakimiyyətinin
fəxri fərmanı
ilə təltif olunub.
İqbalın ən böyük arzusu idman sahəsində
uğurlarını davam
etdirmək və olimpiya çempionu olmaq idi. Amma dizində yaranan zədələnməyə görə
müəyyən müddət
məşqlərdən ayrılmağa
və idmana ara verməyə
məcbur olur. 2015-ci ildə Azərbaycan
Dövlət Bədən
Tərbiyəsi və
İdman Akademiyasına
qəbul olunan İqbal Astanlı 2019-cu ildə təhsilini başa vurub həmin ilin iyulunda hərbi xidmətə yola düşür. Goranboy və
Mingəçevir rayonlarındakı
N saylı hərbi hissələrdə xidmət
edir. Xidməti dövründə uğurlarına görə
dəfələrlə hərbi
hissə komandanlığı
tərəfindən mükafatlandırılıb.
Hərbi
xidmət dövründə
də güləşlə
məşğul olub.
2019-cu ilin martında
ordu çempionatında
sərbəst güləş
üzrə 1-ci yerə
layiq görülür.
Vətən müharibəsi başlayan
zaman İqbal da ön cəbhədə
yerini alır. Müharibənin ilk günlərində Füzuli
və Cəbrayıl rayonlarının bir neçə kəndi Ordumuz tərəfindən
işğaldan azad edilir. İqbal həmin döyüşlərdə
xüsusi şücaət
göstərir. Qələbəyə köklənən qəhrəman
sentyabrın 29-da Tərtər
rayonunun Talış kəndi istiqamətində
gedən döyüşlərdə
şəhid olur.
Qardaşı İsmayıl qeyd
edir ki, İqbalın müharibəyə
getməyindən xəbərləri
olmayıb: “Sentyabrın
26-da atamla əlaqə
saxladı. Hər şeyin yaxşı
olduğunu bildirdi.
Ondan sonra İqballa əlaqə yarada bilmədik. Sentyabrın
29-da günorta saatlarında
şəhid olduğu
xəbərini aldıq...
O, çox istiqanlı,
sadə və səmimi bir insan idi. Çox güclü
olmasına baxmayaraq, heç vaxt bununla öyünməzdi.
Çox
təvazökar idi.
Heç
kimi zərrə qədər incitməzdi.
Böyükdən kiçiyə hər
kəsin sevgisini qazanmış, hər ürəkdə özünəməxsus
yer tutmuşdu. Səngər
yoldaşlarından biri
qeyd edirdi ki, döyüşlər zamanı mən iki yerimdən yara aldım. Çox qan itirirdim. O yadımdadır ki, İqbal həmin anda özünü mənə yetirdi. Yaramı bağlayıb alnımdan öpdü. “Narahat olma, hər
şey yaxşı olacaq. Mən yanındayam. Səni burda tək qoymaram” dedi və yanımda
qaldı”. İqbalın ən böyük
arzusu olimpiya çempionu olmaq idi, ancaq ondan
daha böyük zirvəyə – şəhidlik
mərtəbəsinə ucaldı”.
İqbalın atasının şəxsi
vəsaiti hesabına oğlunun və Vətən müharibəsində
Biləsuvar rayonundan şəhid olan digər igidlərimizin xatirəsinə “Şəhidlər”
məlumat lövhəsi
qoyulub.
İqbal Astanlı sentyabrın
29-da Biləsuvar rayon qəbiristanlığında
torpağa tapşırılıb. Ölkə
başçısının müvafiq sərəncamları
ilə ölümündən
sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və
“Suqovuşanın azad
olunmasına görə”
medalları ilə təltif edilib.
Ruhu şad olsun.
NURƏDDİN
Mədəniyyət.- 2021.- 17
sentyabr.- S.6.