TİKA-nın Bakı nümayəndəliyinin
yeni rəhbəri ilə görüş
keçirilib
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Bakı nümayəndəliyinin yeni koordinatoru Fatih Yılmaz ilə görüşüb.
Qonağı salamlayan Azad Cəfərli Azərbaycanla Türkiyə arasında bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əlaqələrin daim inkişaf etdiyini vurğulayıb. İki qardaş ölkə arasında mədəni irsin qorunması, tarixi abidələrin bərpası istiqamətində də münasibətlərin inkişaf edərək genişlənməsindən məmnunluq ifadə edilib.
Fatih Yılmaz səmimi qəbula görə təşəkkür edərək mədəni irsin və tarixi abidələrin bərpası ilə bağlı TİKA-nın bundan sonra da ölkəmizlə birgə layihələrinin, eyni zamanda beynəlxalq əməkdaşlıq sahəsində işlərin davam etdiriləcəyinə əminliyini vurğulayıb.
Görüş zamanı TİKA tərəfindən Azərbaycanda
mədəni irsin bərpası sahəsində
müxtəlif təlim və layihələrin həyata
keçirilməsinin əhəmiyyəti vurğulanıb. İki ölkə arasında mədəni irs sahəsində əlaqələrin gələcək
inkişafı, təcrübə mübadiləsi, mədəni
irsin mühafizəsi, tarixi
abidələrin bərpa və konservasiyası sahəsində
əməkdaşlıq məsələləri ilə
bağlı fikir mübadiləsi
aparılıb.
Mədəniyyət.- 2021.- 17
sentyabr.- S.3.