Gürcü jurnalist, bloger və tədqiqatçıların azad olunmuş ərazilərə
səfəri
Gürcüstandan olan bir qrup jurnalist, bloger və elmi tədqiqatçının Azərbaycanın işğaldan azad edilmiş torpaqlarına səfəri təşkil olunub.
Səfərdən öncə qonaqlar Bakıda Azərbaycan Prezidentinin köməkçisi – Prezidenti Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüblər.
“Regional mövzularda dostcasına və geniş fikir mübadiləsi apardıq. Gürcü dostlar Şərqi Zəngəzur və Qarabağ iqtisadi bölgələrini, o cümlədən Şuşa və Ağdamı da ziyarət edəcəklər”, – deyə H.Hacıyev görüş barədə “Twitter” səhifəsində qeyd edib.
Sentyabrın 21-də nümayəndə heyəti Füzuli və Cəbrayıl rayonlarında olub. Qonaqlar azad olunmuş ərazilərdə minatəmizləmə əməliyyatlarının gedişi, ermənilərin işğal müddətində törətdikləri dağıntılarla da tanış olublar.
Gürcüstanlı heyət səfər çərçivəsində Cəbrayıl şəhər qəbiristanlığına da baş çəkib, burada dağıdılmış qəbirlər, erməni vandalizminin izləri ilə foto və video çəkilişlər aparıblar.
“Baş verənləri, real vəziyyəti görmək üçün buraya gəlmişəm. Qazılmış, dağıdılmış məzarları gördüm. Bilmirəm, bunu necə adlandırmaq olar. Bunu hansı xalq edər? Təəssüratlarım çox dəhşətlidir. Amma Allaha şükür ki, Azərbaycan öz torpaqlarını qaytardı. İnanıram ki, Azərbaycan bu əraziləri yenidən quracaq. Göz yaşları ilə buradan qovulan qaçqınlar öz yurdlarına qayıdacaqlar. Azərbaycana sülh və çiçəklənmə arzulayırıq”, – deyə bloger Melisa Geladze bildirib.
Qonaqlar işğal
zamanı ermənilər tərəfindən
dağıdılmış Xudafərin kəndində də olublar, tarixi Xudafərin körpüsü önündə xatirə fotosu çəkdiriblər.
Mədəniyyət.- 2021.- 22
sentyabr.- S.2.