Gənclər “Mədəniyyətlər bağı”nda ölkəmizi təmsil ediblər

 

 

Litvanın Kaunas şəhərində keçirilən “Mədəniyyətlər bağı–2021” festivalında Litva Azərbaycanlı Gənclər Təşkilatı (AYOL) da iştirak edib.

 

AYOL-dan bildiriblər ki, Litvada yaşayan müxtəlif xalqların mədəniyyətlərinin nümayiş etdirildiyi tədbirdə Azərbaycan mədəniyyəti və musiqisinin təqdimatı maraqla qarşılanıb. Gənclərimiz Azərbaycan mədəniyyəti barədə ətraflı məlumat verib, “Sarı gəlin”, “Naz eləmə”  kimi rəqslərimizi təqdim ediblər. Gənclərimiz digər xalqların nümayəndələrini də birgə rəqsə dəvət edərək Azərbaycanın xalqlararası həmrəyliyə, mədəniyyətlərarası dialoqa böyük önəm verdiyini göstəriblər.

 

Baltikyanı Azərbaycanlıların Koordinasiya Şurasının Litva üzrə əlaqələndiricisi Nərmin Əliyeva və bu ölkədə yaşayan tələbə və gənclərimiz milli rəqslərin hazırlanmasında və təşkilati məsələlərin həllində yaxından iştirak ediblər.

 

Festivalın yekununda Azərbaycan mədəniyyətinin Litvada fəal təbliğinə görə AYOL mükafata layiq görülüb.

 

 

Mədəniyyət.- 2021.- 24 sentyabr.- S.8.