Öldür məni, əzizim”

 

Tbilisi Azərbaycan Teatrı Əziz Nesinin əsərini səhnələşdirib

 

 

 

Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının yaradıcı kollektivi tanınmış Türkiyə yazıçısı Əziz NesininÖldür məni, əzizim” əsərini səhnələşdirib.

 

Bu barədə teatrın bədii rəhbəri Turqay Vəlizadə məlumat verib.

 

Onun sözlərinə görə, tamaşanın premyerası yaxın günlərdə Kote Marcanişvili adına Dövlət Dram Teatrının səhnəsində baş tutacaq.

 

Tamaşanın quruluşçu rejissorumusiqi tərtibatçısı Giorgi Apxazavadır. Rolları Aida Tağıyeva, Leyla Qasımova və Telman İsfahanlı ifa edirlər.

 

Mədəniyyət.- 2021.- 24 sentyabr.- S.3.