Musiqi ruhun
qidasıdır
Şəki Regional Mədəniyyət İdarəsi S.Vurğun adına Qax rayon Mədəniyyət Mərkəzində Milli Musiqi Gününə həsr olunmuş ədəbi-bədii gecə keçirilib. Mərkəzin metodisti Nuriyyə Əlimova dahi bəstəkarın həyat və yaradıcılıq yolundan söhbət açıb.
Daha sonra “Çeşmə” instrumental ansamblının ifasında “Koroğlu” operasından “Uvertüra” səsləndirilib. Sonra gənc müğənni Arzu Dunusova, mərkəzin bədii rəhbəri Əfrayim Yahyayev bəstəkarın yaradıcılığından nümunələri ifa ediblər. Gecə “Arşın mal alan” filmindən musiqi nömrələrinin səsləndirilməsi ilə başa çatıb.
Regional idarənin əhatə
etdiyi Balakən rayon Katex kənd Folklor evinin təşkilatçılığı
ilə “Musiqi ruhun
qidasıdır” başlığı altında konsert keçirilib. Konsertdə Folklor evinin bədii rəhbəri Rafael
Nəbiyev, Talalar kənd Sənətkarlıq
evinin bədii rəhbəri Rasim Alqayev və gənc könüllü Ruslan
Mollaçıyevin ifalarında dahi bəstəkarın
“Sənsiz”, “Sevgili canan”
romansları və xalq mahnıları səsləndirilib.
Mədəniyyət.- 2021.- 24
sentyabr.- S.4.