“Xəmsə” və yaxud
könüllər mülkünün
sultanı”
Dərbənd teatrının təqdimatında
premyera
Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyevin qələmə aldığı “Xəmsə” və yaxud könüllər mülkünün sultanı” tamaşasının premyerası olub.
Dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyatından bəhs edən əsər Dərbənd Azərbaycan Dövlət Dram Teatrında səhnələşdirilib. Tamaşanın quruluşçu rejissoru Azərbaycanın Əməkdar artisti Sərvər Əliyev, quruluşçu rəssamı Dağıstanın Əməkdar rəssamı Naida Alimetovadır.
Tamaşa barədə fikirlərini bölüşən Sərvər Əliyev deyib: “Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, bu il “Nizami Gəncəvi İli” elan olub. Bu münasibətlə dahi şairə həsr olunan müxtəlif tədbirlər keçirilir. Biz də bu ilə töhfə olaraq “Xəmsə” və yaxud könüllər mülkünün sultanı” tamaşasını hazırladıq. Onu da qeyd etmək istəyirəm ki, Nizaminin ailə həyatı Dərbəndlə də bağlıdır. Dərbənd əmiri tərəfindən şairə kəniz kimi göndərilən Afaqla Nizami ailə həyatı qurub. Dərbəndlilər Nizami yaradıcılığını çox sevirlər”.
Qeyd edək ki, səhnə əsərində Nizaminin obrazını gənc aktyor Sərxan Səmədov canlandırıb.
Mədəniyyət.- 2021.- 24
sentyabr.- S.5.