Xalça sənəti – mənaların təkamülü” sərgisinin açılışı keçirildi

 

Sentyabrın 23-də Azərbaycan Milli Xalça Muzeyində “Xalça sənəti – mənaların təkamülü” sərgisinin açılışı keçirildi.

 

Qonaqları salamlayan muzeyin direktoru Şirin Məlikova bildirdi ki, layihə bu ilin yayında Kazan Kremli Muzey-Qoruğunda (Tatarıstan, Rusiya) nümayiş etdirilibböyük maraqla qarşılanıb. Bu, Tatarıstan paytaxtında Azərbaycan xalçaçılığına, onun ənənələrinə və müasir təcəssümünə həsr olunmuş ilk genişmiqyaslı ekspozisiya olub.

 

Qeyd edildi ki, müasir rəssamlar qədim sənətkarlığı yeni yollarla inkişaf etdirərək əsərlər yaradırlar. Bu sərgidə təqdim olunan ənənəvi Azərbaycan xalçalarını və “Chingiz” təxəllüsü ilə işləyən Çingiz Babayevin müəllif əsərlərini birləşdirən də bu amildir.

 

Rəssam Azərbaycan xalçaçılıq ənənələrini təhrif etmədən, müasir sənət nümunələri yaradaraq interpretasiya edir. Beləliklə, klassik əsərlər yeni, müəllif xalçaları ilə qarşı-qarşıya qoyulur, bununla da məsafələri və zamanı qət edərək onlarla dialoqa girir”.

 

Muzeyin eksperti, xalçaçı rəssam Məmmədhüseyn Hüseynov Azərbaycan xalçalarının qədim ənənələri və xalçaçılıq sənətinin məna təkamülləri ilə bağlı fikirlərini bölüşdü. Bakı İncəsənət Mərkəzinin rəhbəri Rafael Gülməmmədli Çingiz Babayevin yaradıcılıq üslubuxalça sənətinə yeni yanaşmaları haqqında söz açdı.

 

Çingiz Babayev çıxış edərək ziyarətçilərə təşəkkürünü bildirdi. Yaradıcılıq ideyaları barədə danışan rəssam fikir və duyğularını xalçalarda əks etdirdiyini diqqətə çatdırdı.

 

Sonra qonaqlar sərgi ilə tanış oldular. Sərgi oktyabrın 17-dək ziyarətçilər üçün açıq olacaq.

 

L.AZƏRİ

 

 

Mədəniyyət.- 2021.- 24 sentyabr.- S.1;3.