Üzeyir Hacıbəylinin musiqi irsi müasir təqdimatda

 

Bakı Musiqi Akademiyasının (BMA) 100 illiyiÜzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Üzeyir Hacıbəylinin musiqi irsi müasir təqdimatda” mövzusunda elmi sessiya keçirilib.

 

Elmi sessiya Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisionun yeni istiqamətlərinin tədqiqi: orqanologiyaakustika” laboratoriyasının təşkilatçılığı ilə onlayn formatda gerçəkləşib.

 

Əməkdar mədəniyyət işçisi, MEMİM-in baş metodisti Səadət Şirinovanın moderatorluğu ilə keçən sessiyada əvvəlcə Ü.Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra”nın fonunda videoçarx təqdim edilib.

 

Daha sonra çıxış edən BMA-nın elminnovasiyalar üzrə prorektoru, Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə bildirib ki, təməli Üzeyir bəy tərəfindən qoyulmuş Bakı Musiqi Akademiyası ölkə xaricində də tanınan ali təhsil mərkəzinə çevrilib: “Üzeyir bəy irsi daima aktualdır və illər ötdükcə, dünyamız müasirləşdikcə öz təravətini saxlayacaq. Biz bu gün çox şadıq ki, Bakı Musiqi Akademiyasının 100 illik yubileyində müxtəlif festivallar təşkil olunur, o cümlədən musiqi mədəniyyətimizin beşiyi olan Şuşada da keçirilir. Bu günləri bizə yaşatdığı üçün bir xalq olaraq, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, müzəffər Ordumuza bir daha sevgi və ehtiramımızı bildiririk”.

 

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Səadət Xələfbəyli sessiya iştirakçılarını BMA-nın yubileyi münasibətilə təbrik edibbu il Milli Musiqi Gününü qalib xalq olaraq qeyd etdiyimizi bildirərək, xüsusilə bu günün ilk dəfə Üzeyir Hacıbəylinin doğma şəhəri Şuşada qeyd olunmasının əhəmiyyətini vurğulayıb.

 

BMA-nın elmi-tədqiqat laboratoriyasının müdiri, dosent Nuridə İsmayılzadə laboratoriyanın fəaliyyətindən bəhs edərək akademiyanın 100 illiyinə həsr edilmiş müxtəlif tədbirlərin keçirildiyini, toplu, monoqrafiya və məcmuələrin nəşr olunduğunu bildirib.

 

Elmi sessiya çıxışlarla davam edib. Çıxışlararası səsləndirilən musiqi nömrələri iştirakçılara xoş ovqat bəxş edib.

 

Mədəniyyət.- 2021.- 24 sentyabr.- S.5.