Gəncə Dövlət Kukla Teatrı Estoniyada festivalda iştirak edib
Mədəniyyət Nazirliyinin dəstəyi ilə Gəncə Dövlət Kukla Teatrı Estoniyanın Vilyandi şəhərində
keçirilən 24-cü Beynəlxalq
“Teatr çamadanda” kukla tamaşaları festivalında iştirak edib. 16-19 sentyabrda gerçəkləşən festivalda
Latviya, Litva, Moldova, Azərbaycan, Ukraynadan kuklaçılar qatılıb.
Gəncə Dövlət Kukla Teatrının yaradıcı
kollektivi festivalın açılış tədbirində
iştirak edib. Tədbirin ikinci
günü H.X.Andersenin
“Düyməcik” əsərini
nümayiş etdirən
kollektiv eston tamaşaçıları heyrətləndirməyi
bacarıb.
Tamaşadan sonra səhnəyə
çıxan festivalın
sədri Altmar Loris pandemiyanın davam etdiyi bir vaxtda
Gəncə Dövlət
Kukla Teatrının festivalda iştirak etməsinə şərait
yaratdığına görə
Azərbaycan Respublikasının
mədəniyyət naziri
Anar Kərimova öz minnətdarlığını
bildirib, festivalın diplomunu və kubokunu teatrın kollektivinə təqdim edib.
Tamaşanın quruluşçu
rejissoru Şamil Məmmədli,
kuklaçı rəssamı Təranə Cəfərova, dekorator rəssamı Sara
Məmmədovadır. Rolları Fəxri mədəniyyət
işçiləri Səməd Xanəhmədov, Nahidə Namazova və gənc aktrisa
Nərmin Şərifova ifa ediblər.
Mədəniyyət.- 2021.- 24
sentyabr.- S.4.