Mədəniyyət/Culture” jurnalının yeni sayında

 

 

Mədəniyyət/Culture” jurnalının 2021-ci il üzrə növbəti sayı (iyul-avqust) ənənəvi olaraq müxtəlif mövzulu yazılarla zəngindir.

 

Gözəlliklər şairinin sevinən ruhusərlövhəli məqalə 39 illik tarixi olan Vaqif Poeziya Günlərinin 29 ildən sonra yeni həyat qazanmasını əks etdirir.

 

Nizami – 880” rubrikasındaNizami Gəncəvi poeziyasının Şərq qaynaqları”, “Elmdir cövhəri kəhkəşanların”, həmçinin rus dilindəÐåäêèå ñþæåòûÕàìñåÍèçàìèadlı məqalələr dərc olunub.

 

Türkün Yunus Əmrəsiyazısı isə 2021-ci ilin TürkiyədəYunus Əmrə İlielan edilməsinə töhfədir.

 

Ədəbiyyatbölümündə böyük şairimiz Məhəmmədhüseyn Şəhriyarın oğlu Hadi Behcətlə şairin Təbrizdəki ev-muzeyinəsəyahət varislə müsahibə, görkəmli dilçi-alim Əbdüləzəl Dəmirçizadə haqqında ədəbiyyatımızın sütunlarından biri Abdulla Şaiqdən bəhs edən məqalələr yer alıb.

 

Musiqibölümü “Barrel Jazz Nights – 2021” silsilə konsertlərinin ritmlərinin sözlə ifadəsidir. “3 Vaqif Villis Konoveressesi caz mövzusunun orijinal davamıdır.Teatrbölümündə oxucular Jan-Lui BarronunTeatr haqqında düşüncələrkitabının dilimizə tərcüməsinin davamı ilə tanış ola biləcəklər.

 

Kinobölümü 44 günlük Vətən müharibəsinin sənədli ekran ifadəsi olan 44 dəqiqəlik “BİZ” filminə həsr edilib. Jurnalda həmçinin Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan (“Mədəniyyətdən əbədiyyətə”) və müharibədən qalib döyüşçü kimi evə dönmüş (“Səhnədən hərb meydanına”) mədəniyyət işçiləri haqqında məlumatlar da oxuculara təqdim edilir.

 

Mədəniyyət.- 2021.- 29 sentyabr.- S.7.