Qırğızıstanda VI Beynəlxalq Dünya Eposları Festivalı keçirilib
Qırğızıstanda VI Beynəlxalq Dünya Eposları Festivalı keçirilib. Qırğızıstanın müstəqilliyinin 30 illiyi və tanınmış qırğız şairi, akını və dastançısı Toqolok Moldunun anadan olmasının 160 illiyinə həsr edilən festivala 20 ölkədən nümayəndələr qatılıb.
Tədbirdə ölkəmizi “Turan” İstedadlar Birliyinin sədri, kulturoloq-yaponşünas Əbülfəz Babazadə təmsil edib.
Sentyabrın 25-dək davam edən festivalda müxtəlif xalqların milli oyunları və rəqsləri nümayiş olunub.
Festival çərçivəsində “Dünya
xalqlarının epik ənənələri”
və “Manas” eposu dünya mədəniyyətində: elm, incəsənət, ədəbiyyat”
mövzularında simpoziumlar keçirilib. Əbülfəz Babazadənin “Manas” eposu dünya
mədəniyyətində: elm, incəsənət,
ədəbiyyat” simpoziumunda təqdim etdiyi “Yapon mədəniyyətində
Türk faktoru“ mövzulu məruzəsi maraqla
qarşılanıb.
Mədəniyyət.- 2021.- 29
sentyabr.- S.8.