İtaliyada yaşayan
həmvətənimizin Anım Gününə musiqi ithafı
İtaliyada fəaliyyət göstərən həmvətənimiz, pianoçu Kəmalə Əlizadə I və II Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə ithaf etdiyi “Yaddaş” adlı kompozisiyasını təqdim edib. Kompozisiya 27 sentyabr – Anım Gününə həsr edilib. Kompozisiya Xalq şairi Səməd Vurğunun sözlərinə bəstələnib, ifaçısı gənc müğənni Sevinc Ağasıyevadır.
Kəmalə Əlizadə Bakı Musiqi Akademiyasında böyük
bəstəkar, SSRİ Xalq artisti Arif Məlikovun sinfini bitirib. Daha sonra İtaliyada (İstituto Superiore di Studi Musicali)
təhsilini davam etdirib. Beynəlxalq müsabiqələr laureatı olan musiqiçi simfonik və kamera əsərlərinin müəllifidir.
Əsərləri İtaliya, Niderland,
ABŞ, Yaponiya kimi ölkələrdə səslənib.
Kəmalə Əlizadə həyat
yoldaşı italyan bəstəkar, musiqişünas
Stefano Muskaritolo ilə
birlikdə xaricdə Azərbaycana həsr edilən bir neçə layihənin də müəllifidir.
LALƏ
Mədəniyyət.- 2021.- 29
sentyabr.- S.8.