Hər kəs bir ilmə vursun...

 

Qarabağ ilmələrdəlayihəsinin təqdimatı keçirilib

 

 

Sentyabrın 28-də “Azərxalça” ASC-ninİçərişəhərDövlət Tarix-Memarlıq Qoruğunda yerləşən nümayiş zalında Vətən müharibəsinin ildönümü münasibətilə hazırlananQarabağ ilmələrdəlayihəsinin təqdimatı keçirilib.

 

Layihə Mədəniyyət Nazirliyi, “Azərxalça” ASC, “Azərbaycan Jurnalistlər Şəbəkəsiİctimai Birliyi Təmiz Şəhər” ASC-nin birgə əməkdaşlığı sayəsində ərsəyə gəlib.

 

Azərxalça”nın sədri Emin Məmmədov böyük Qələbədən ilhamlanaraq belə bir layihəyə başladıqlarını söyləyib. Bildirib ki, layihə çərçivəsində vətəndaşlarımıza sentyabrın 28-dən noyabrın 1-dək ölkənin müxtəlif bölgələrinə səyyar formada xüsusi avtomobillə daşınacaqQarabağ xalçası”na bir ilmə vurmaq təklif olunacaq. Sosial layihə çərçivəsində vətəndaşlarımız tərəfindən ilmə-ilmə toxunacaq xalça Vətən müharibəsində hər bir azərbaycanlının zəhmətini, birlik bərabərliyini nümayiş etdirəcək. Layihə davam etdiyi müddət ərzində silsilə videoçarxlar Qarabağ ilmələrdəadlı qısametrajlı sənədli filmin hazırlanması da nəzərdə tutulur.

 

Layihə rəhbəri Orxan Cabbarov bu ideyaya dəstək olan qurumlara təşəkkürünü bildirib. Qeyd edib ki, boya-başa çatdığı Kəlbəcərdə insanlar bir yerə toplaşaraq xalça toxuyardılar: “Bu proses hər kəsin iştirakı ilə baş verərdi. Hər kəs xalçaya bir ilmə vurardı. Hananın kəsilmə mərasimi isə xüsusi bayrama çevrilərdi. Çox istərdim bu xalçanın sonuncu ilməsi Şuşada vurulsun”.

 

Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova bildirib ki, İçərişəhərdəAzərxalça”nın yeni nümayiş salonu açılıb. Burada şəhər sakinləri istədikləri xalçanı əldə edə bilər. O, layihənin çox maraqlı olduğunu söyləyib. Bildirib ki, layihə çərçivəsində toxunacaqÇələbixalçasının üzərində xarıbülbülün təsvir olunması müasir dövrün ideyasını əks etdirir.

 

İçərişəhərDövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Əsgər Ələkbərov, “Azərbaycan Jurnalistlər Şəbəkəsiİctimai Birliyinin sədri Ayaz Mirzəyev, “Təmiz Şəhər” ASC İdarə Heyətinin sədri Etibar Abbasov çıxış edərək layihənin əhəmiyyətindən bəhs ediblər.

 

Sonda Vətən müharibəsinin iştirakçıları Nicat Quliyev Məmməd Zülfəliyev xalçaya ilk ilmələri vurublar.

 

Qarabağ ilmələrdəsosial layihəsinə qoşulmaq istəyən Bakı sakinləri sentyabrın 30-dək “Azərxalça” ASC-ninİçərişəhərDövlət Tarix-Memarlıq Qoruğunda yerləşən nümayiş zalının qarşısında dayanan xüsusi maşına yaxınlaşaraq Qarabağ xalçasına ilmə vura bilərlər. Oktyabrın 1-dən sonra isə layihə komandası bölgələrə yola düşəcək. Marşrut istiqamətiAzərbaycan Jurnalistlər Şəbəkəsi” İB, “AzərxalçaTəmiz Şəhər”in sosial şəbəkə səhifələrində əvvəlcədən elan ediləcək.

 

8 Noyabr - Zəfər Günündə Qarabağ xalçası ictimaiyyətə təqdim olunacaq.

 

Mədəniyyət.- 2021.- 29 sentyabr.- S.2.