“Azərbaycan 44 gün ərzində möhtəşəm dastan yazdı”

 

TÜRKSOY-un media mükafatçıları Şuşa şəhərinə səfər ediblər

 

 

 

Sentyabrın 26-da Mədəniyyət Nazirliyi və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) birgə təşkilatçılığı ilə “TÜRKSOY Media Mükafatı” ilə təltif olunan yerlixarici KİV təmsilçiləri Şuşa şəhərinə səfər ediblər.

 

Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Vasif Eyvazzadə, Türkiyənin Trabzon Ortahisar Bələdiyyəsinin başqanı Ahmet Metin Genç, nazirliyinTÜRKSOY-un məsul nümayəndələrinin də iştirak etdiyi səfər zamanı media təmsilçiləri Azərbaycanın mədəniyyət beşiyi olan Şuşanın tarixi-mədəni irsi, 28 ildən artıq davam etmiş erməni işğalı dövründə dağıdılıb talan edilmiş tikililər, vandalizmə məruz qalmış abidələr, məscidlər, eləcə də Şuşanın işğaldan azad edilməsindən sonra başlanan quruculuq işləri ilə tanış olublar.

 

Yerlixarici media təmsilçiləri şəhərin mərkəzi meydanı – “Bazarbaşı”nı, erməni vandalizminə məruz qalmış “güllələnmiş heykəllər”i – Üzeyir Hacıbəylinin, Xurşudbanu Natəvanın, Bülbülün büstlərini, 2021-ci il iyunun 15-də Azərbaycan və Türkiyə prezidentləri tərəfindən tarixi Şuşa Bəyannaməsinin imzalandığı məkanı, Natəvanın evini, “Xan qızı bulağı”nı, Şuşa qalasının girişi olan Gəncə qapısını, Aşağı Gövhər ağa və Yuxarı Gövhər ağa məscidlərini, Cıdır düzünü, bu ilin avqustunda bərpa edildikdən sonra açılışı keçirilən Molla Pənah Vaqifin məqbərəsini, Bülbülün Ev-Muzeyini və digər yerləri ziyarət ediblər.

 

Qarabağın incisi olan qədim Şuşanın tarixi, mədəniyyəti, dahi şəxsiyyətləri və bu gün ölkə rəhbərliyinin tapşırığı ilə burada aparılan genişmiqyaslı quruculuq işləri, şəhərin tarixi görkəminin, zəngin mədəni irsinin bərpası ilə bağlı həyata keçirilən layihələr barədə media nümayəndələrinə ətraflı məlumat verilib.

 

Qeyd edək ki, “TÜRKSOY Media Mükafatı” 2020-ci il üzrə 44 günlük Vətən müharibəsi dövründə yaşanan hadisələri, Azərbaycanın haqq işini, Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə obyektiv çatdıran və yayımlayan yerlixarici media təmsilçilərinə verilib. Mükafata Azərbaycan, Türkiyə, Qazaxıstan, Xorvatiya, Özbəkistan və Qırğızıstandan KİV təmsilçiləri, o cümlədən bu il iyunun 4-də Kəlbəcər rayonu ərazisində mina partlaması nəticəsində şəhid olmuş azərbaycanlı jurnalistlər Məhərrəm İbrahimovSirac Abışov layiq görülüb.

 

***

 

“Şuşanın mədəniyyət paytaxtı olmaq şərəfini dünyaya çatdıracağıq”

 

 

 

Biz TÜRKSOY-un media mükafatçıları ilə birlikdə Şuşadayıq. Vətən müharibəsi dövründə yaşanan tarixi hadisələri dünya ictimaiyyətinə obyektiv çatdıran və yayımlayan media təmsilçilərinin Azərbaycana gəlib, bu mükafatı aldıqdan sonra Şuşanı görmədən getmələri doğru olmazdı. Odur ki, öz proqramımıza Vətən müharibəsinin Zəfər zirvəsi olan Şuşaya səfəri daxil etdik. Prezident İlham Əliyev Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan edib. Şuşanı gözümüzlə görmək, bir il ərzində burada görülən quruculuq işləri ilə tanış olmaq üçün buradayıq. Türkiyə, Qazaxıstan, Xorvatiya, Özbəkistan və Qırğızıstandan olan jurnalistlər azad olunmuş əraziləri, erməni vandalizminin izlərini gördülər.

 

Azərbaycanın TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı bu sözləri Şuşada jurnalistlərə açıqlamasında deyib.

 

Hazırda Şuşada böyük bərpa-quruculuq işlərinin aparıldığını, şəhərin mədəniyyət tədbirlərinə ev sahibliyi edəcəyini vurğulayan E.Qafarlı deyib: “TÜRKSOY Azərbaycanın qədim mədəniyyət ocaqlarından biri olan Şuşa şəhərinin 2023-cü il üçünTürk Dünyasının Mədəniyyət Paytaxtı” elan etmək niyyətindədir. Bu təklif Azərbaycanın mədəniyyət naziri Anar Kərimov tərəfindən TÜRKSOY Daimi Şurasının iclasında irəli sürülüb. İnanırıq ki, “Türk Dünyasının Mədəniyyət Paytaxtı” ilində Şuşa yenitarixi görkəmi ilə hamını heyran qoyacaq. Şuşanın mədəniyyət paytaxtı olmaq şərəfini dünyaya çatdıracağıq”.

 

***

 

Şuşa bənzərsiz və möhtəşəm bir şəhərdir. Mən ilk dəfə Şuşadayam. Təəssüflər olsun ki, erməni vandalları bu şəhəri də dağıdıblar. Artıq Burada böyük quruculuq işlərinin aparıldığınını da gördük. İnanıram ki, qısa müddət ərzində bu şəhər dünyanın əsas mədəniyyət mərkəzlərindən birinə çevriləcək” – “TRT Haberin əməkdaşı Bülent Çulcuoğlu təəssüratını belə ifadə edib.

 

2020-ci il Vətən müharibəsi zamanı Azərbaycanda olduğunu deyən telejurnalist qeyd edib ki, ermənilər yaşayış yerlərini, şəhərləri atəşə tutmaqla dinc sakinləri qətlə yetirdilər: “Biz TRT olaraq bunu dünyaya çatdırdıq, Ermənistanın gerçək üzünü göstərdik. Həqiqətən, Azərbaycan 44 gün ərzində möhtəşəm dastan yazdı”.

 

Mədəniyyət.- 2021.- 29 sentyabr.- S.4.