İslam poeziyasının
sütunlarından biri
Misirli tədqiqatçı Nizami Gəncəvi haqqında məqalə
yazıb
Misirli tədqiqatçı və jurnalist Əhməd Abdo Tərabik “Şuruk” qəzetində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə həsr olunmuş geniş məqalə ilə çıxış edib.
İslam dünyasının bəşər mədəniyyətinə dahi şəxsiyyətlər bəxş etdiyini vurğulayan tədqiqatçı Nizami Gəncəvinin orta əsrlər müsəlman Şərqində poeziya və fəlsəfi fikrin ən parlaq nümayəndələri sırasında özünəməxsus yeri olduğunu qeyd edib. “Nizami Gəncəvi İslam poeziyasının sütunlarından biri və böyük ustad idi. Mənim çalışdığım Ayn-Şəms Universitetində Misir və Azərbaycan alimlərinin iştirakı ilə beynəlxalq konfrans keçirilməsi nəzərdə tutulur”, - deyə Ə.Tərabik yazır.
Məqalədə Nizami Gəncəvinin
həyatı və zəngin ədəbi irsi
– “Xəmsə”yə daxil olan
poemalar barədə ətraflı məlumat
verilib. Müəllif qeyd
edib ki, ərəb dilini də mükəmməl bilən dahi şairin əsərləri
bir çox ərəb
şairləri üçün də ilham mənbəyi olub.
Ə.Tərabik vurğulayıb: “Orta əsrlərdə
Şərq poeziyasının və fəlsəfəsinin
çiçəklənməsi Nizami Gəncəvi
kimi dahi şəxsiyyətlərin
sayəsində baş verib.
Elm və mədəniyyəti İslam aləmindən əxz etmiş
və yeni sivilizasiya
yaratmış Qərb şairləri və mütəfəkkirləri
də bu zəngin irsdən bəhrələnib”.
Mədəniyyət.- 2021.- 8
yanvar.- S.8.