Naxçıvanın tarixi
haqqında kitab Rusiyada
çapdan çıxıb
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində” adlı monoqrafiyası Sankt-Peterburq şəhərində rus dilində işıq üzü görüb.
Monoqrafiyada Naxçıvanın Azərbaycanın dövlətçilik tarixində rolu, Qədim və Orta əsrlər dövrü, Naxçıvan xanlığının tarixi, onun Rusiya imperiyası tərəfindən işğalı məsələləri tədqiq edilib. Xanlığın işğalından sonra çarizmin yaratdığı inzibati-ərazi bölgü sistemi, həyata keçirdiyi köçürmə siyasəti, ermənilərin Naxçıvan ərazisində yerləşdirilməsi, irəli sürülən əsassız ərazi iddiaları, ermənilərin dinc əhaliyə qarşı törətdikləri qırğınlar tarixi faktlar əsasında oxuculara təqdim olunub.
Kitabın elmi
redaktorları Sankt-Peterburq Dövlət Universiteti Yaxın Şərq ölkələri
tarixi kafedrasının müdiri,
tarix elmləri doktoru,
professor Nikolay Dyakov və universitetin Türk filologiyası kafedrasının dosenti, tarix elmləri namizədi
Akif Fərzəliyev, rəyçiləri
AMEA-nın müxbir üzvləri Fəxrəddin
Səfərli və Musa
Qasımlıdır.
Mədəniyyət.- 2021.- 13
yanvar.- S.4.