Türk dünyası: tarixi-mədəni irs

 

Nur-Sultanda beynəlxalq konfrans atlas-toplunun təqdimatı keçirilib

 

Xəbər verdiyimiz kimi, yanvarın 8-də Qazaxıstanın paytaxtı Nur-Sultanda Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı iləTürk dünyası: tarixi-mədəni irsadlı beynəlxalq konfrans keçirilib. Postsovet məkanının türkdilli respublikalarının müstəqilliyinin 30 illiyinə həsr olunan beynəlxalq konfransa elm, mədəniyyət xadimləri, Qazaxıstandakı diplomatik korpusun təmsilçiləriümumilikdə 20-dən çox ölkənin nümayəndələri qatılıb.

 

Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Kıdıralı konfransın əhəmiyyətini diqqətə çatdırıb. Bildirib ki, əsası 2009-cu ildə türkdilli dövlət başçılarının Azərbaycanın Naxçıvan şəhərində keçirilən sammitində qoyulan Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində yerləşən Beynəlxalq Türk Akademiyasının təşkil etdiyi beynəlxalq konfransın məqsədi türk xalqlarının dövlətçilik tarixinə yenidən nəzər salmaq, onun tədqiqini aktuallaşdırmaqdır.

 

Tədbirdə türk dünyasının gündəmində olan məsələlərlə bağlı fikirlər səsləndirilib, türkdilli xalqların həmrəyliyinin daha da möhkəmləndirilməsinin önəmindən bəhs olunub, türk dövlətçilik tarixi barədə məruzələr dinlənilib.

 

Konfrans çərçivəsindəTürk dünyası: tarixi-mədəni atlas” adlı fundamental elmi nəşrin təqdimatı da keçirilib.

 

Qazaxıstanın birinci Prezidenti – Elbası Nursultan Nazarbayevin ön sözü ilə nəşr olunan kitabda məşhur səyyahlar tərəfindən tərtib edilmiş qədim xəritələr, eləcə də türk xalqlarının qədim və zəngin mədəni irsini nümayiş etdirən mühüm məlumatlar toplanıb.

 

Atlas N.NazarbayevinBöyük çölün yeddi özəlliyi” adlı proqram məqaləsinin əsas müddəalarını əks etdirən altı tematik bölmədən ibarətdir.

 

Tədbirdə atlas haqqında videoçarx nümayiş olunub. “Türk dünyası nadir sivilizasiyadır; onun minillik tarixi Mərkəzi Avrasiyanın nəhəng məkanında cərəyan edərək bütün Avrasiya materikinə toxunur. Türk xalqlarının yaratdığı böyük dövlətlər Avrasiyanın siyasi xəritəsini əsrlər boyu müəyyənləşdiriblər”, - deyə videoçarxda bildirilir.

 

Beynəlxalq Türk Akademiyasının prezidenti D.Kıdıralı bildirib ki, atlas türk ölkələrinin alimləri tərəfindən hazırlanıb və Uzaq Şərqdən Avropanın mərkəzinə qədər uzanan böyük coğrafiyadakı tarixi mirası əhatə edir.

 

Qeyd edək ki, “Türk dünyası: tarixi-mədəni atlasda digər türkdilli dövlətlərlə yanaşı, Azərbaycanın tarixinə, maddi-mədəni mirasına geniş yer ayrılıb. Burada dünyanın nüfuzlu arxivlərindən və mənbələrindən tarixin müxtəlif dövrlərinə aid nadir xəritələr əks olunub, Qobustan qayaüstü rəsmlərindən tutmuş, Saklar dönəminə aid Mingəçevirdə tapılan qədim tarixi nümunələr, yenicə işğaldan azad etdiyimiz Xudafərin körpüsü, Qarabağ atları, Naxçıvandakı Möminə xatın türbəsi, Bakıdakı Şirvanşahlar sarayı, İrəvanda  Azərbaycan türklərinin  irs nümunəsi olan tarixi Göy məscid, habelə azərbaycanlı tarixi şəxsiyyətlər barədə məlumatlar və digər maraqlı informasiyalar cəmlənib.

 

Atlasda yer alan tarixi xəritələr türk, ərəb, fars, AvropaRusiya alimləri tərəfindən tərtib edilib.

 

 

Mədəniyyət.- 2021.- 13 yanvar.- S.1;8.