Məktəbli pianoçu
üçün yaddaqalan
il
Bakı Şəhəri Mədəniyyət Baş İdarəsi Georgi Şaroyev adına 35 saylı Uşaq musiqi məktəbinin fortepiano ixtisası üzrə IV sinif şagirdi Cəlalə İsmayılzadə üçün 2020-ci il, xüsusilə də ilin son ayları çox uğurlu olub.
Əməkdar müəllim Kamilla Əmirovanın yetirməsi olan Cəlalə bir neçə beynəlxalq müsabiqədə iştirak edərək Qran-pri qazanıb, laureat adına layiq görülüb.
Balaca pianoçu alman bəstəkarı L.Bethovenin 250 illik yubileyinə həsr olunmuş “Harmoniya” beynəlxalq müsabiqəsində (Gürcüstan) və “Salsburq Stars” III beynəlxalq müsabiqəsində (Çexiya-Avstriya) I yeri əldə edib. Qazaxıstanda təşkil olunan “Tessa” beynəlxalq müsabiqəsinin Qran-pri mükafatı da 9 yaşlı Cəlaləyə qismət olub.
O, həmçinin Moskva
Konservatoriyasının professoru Aleksey Rudnevskinin təşkilatçılığı
ilə Türkiyənin Alaniya şəhərində
keçirilən XVII Beynəlxalq “VİVA- MUSİC” Klassik Musiqi Festivalında da iştirak edərək
II yerə layiq görülüb.
Bu yaxınlarda isə Ü.Hacıbəyli
adına Bakı Musiqi Akademiyasının
məktəb-studiyasının 40 illiyinə həsr olunmuş “Akademik, xalq və caz musiqisi ifaçılarının I beynəlxalq
onlayn müsabiqəsi”ndə II yeri qazanıb.
Mədəniyyət.- 2021.- 15
yanvar.- S.5.