Milli yaddaş virtual səhnədə
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar “Qarabağnamə” tamaşasının videoyazısını sosial media səhifəsi vasitəsilə nümayiş etdirəcək.
Yanvarın 20-də yayımlanacaq tamaşa Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında səhnələşdirilib. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədov, musiqi tərtibatçısı Həmid Kazımzadə, geyim rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənovdur.
***
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı isə Xalq artisti Vaqif Əsədovun quruluş verdiyi “Yarımçıq qalmış...” tamaşasını növbəti dəfə sosial şəbəkədəki hesabları vasitəsilə yanvarın 20-də təqdim edəcək.
Yevda Abramov
və Leyla Bəyimin “Yarımçıq
qalmış...” (“Xəyalpərvər oğlan”)
əsəri əsasında hazırlanan tamaşa
2016-cı ilin Aprel
döyüşləri zamanı şəhid olan
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu,
gənc heykəltəraş Samir Kaçayevin xatirəsinə həsr olunub. Tamaşanın quruluşçu
rəssamı Elşən Sərxanoğlu, rejissoru
Gülnar Hacıyeva, plastik
səhnələrin rejissoru Pərviz Məmmədrzayev,
musiqi tərtibatçısı Ramiq Nəsirov, rejissor assistenti Sevda Hacışəmiyevadır.
Mədəniyyət.- 2021.- 15
yanvar.- S.5.