Şəhidlərin xatirə lövhəsi
açılıb
Sumqayıt şəhərində Vətən müharibəsi şəhidləri Elçin Zamin oğlu Hüseynov və Elnur Əli oğlu Allahverdizadənin xatirə lövhəsi açılıb.
Şəhərin İnşaatçılar qəsəbəsində keçirilən tədbirdə çıxış edən hər iki qəhrəmanın valideynləri Vətən, torpaq uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyiblər.
Şəhid Elnur Allahverdizadənin hərbçi yoldaşları onun şücaəti və keçdikləri döyüş yolundan danışıblar. Elnurun əsl qəhrəman olduğunu, topun arxasında olarkən hər zaman yoldaşlarına ürək-dirək verdiyini bildiriblər. Döyüş yoldaşları Elnurun 7 noyabr tarixində Xocavənd rayonunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucaldığını qeyd ediblər.
Tədbirdə çıxış edən
şəhid Elçin Hüseynovun
qardaşı Natiq Hüseynov
onun vətənpərvər insan olduğunu və hər
zaman Şuşa həsrəti
ilə yaşadığını söyləyib.
Qardaşının Suqovuşan uğrunda gedən döyüşlərdə
şəhid olduğunu deyən N.Hüseynov bildirib ki, döyüş
yoldaşlarının Elçinin məzarı
üstünə Şuşadan gətirilmiş
torpaq səpərək sanki
onun arzusunu yerinə
yetiriblər.
Mədəniyyət.-
2021.- 15 yanvar.- S.6.